Опубликовано:
Bakıda Mirəli Qaşqay küçəsi 56-da (Koroğlu parkının yaxınlığında) Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verildi. Xidmət mərkəzlərində vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi bəyannamələrinin elektron formatda düzgün tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması ilə bağlı xidmətlər göstərilir, vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi təmin edilir.
Xidmət mərkəzi qanunvericiliklə müəyyən edilmiş iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz xidmət göstərir.
6, 8 və 133 nömrəli avtobusların marşrut xətti sizi yuxarıdakı ünvana çatdıracaq.