Django Mango

Uşaqlığın son gecəsi (1968)

431
0
0
1:28:43

Опубликовано:

Film həyatda ilk addımlarını atan gəncin şəxsiyyət kimi formalaşması haqqındadır. İnstitutu yenicə qurtarmış Rüstəm, təyin olunduğu iş yerinə gedir. Yanında orta məktəbi yenicə bitirmiş Muradı da fəhlə olaraq aparır. İş yerində baş verən oğurluq və yeyinti “uşaqlığın son gecəsi”ni yaşayan Muradın xarakterinin formalaşmasına təsir göstərir. Hadisələr fonunda iki eşq hekayəsi də cərəyan edir.

Rejissor: Arif Babayev
Ssenari müəllifi: Maqsud İbrahimbəyov
Operator: Zaur Məhərrəmov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Polad Bülbüloğlu

Rollarda: Ənvər Həsənov (Murad), Səyavuş Şəfiyev (Rüstəm), Ətayə Əliyeva (Mənsurə), Törə Zeynalova (nənə), Ələkbər Seyfi (İsmayıl), Xosrov Abdullayev (Məcnun)

İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 16.07.1969
Janr: dram

Mükafatlar:
Zaqafqaziya və Ukrayna Respublikalarının “Prometey-69” III zona Kinofestivalı - gənclik üçün ən yaxşı filmə görə mükafat (1969, Kiyev / Ukrayna)
Zaqafqaziya və Ukrayna Respublikalarının “Prometey-69" III zona Kinofestivalı - Polad Bülbüloğluna ən yaxşı musiqiyə görə Ukrayna Bəstəkarlar İttifaqının xüsusi mükafatı (1969, Kiyev / Ukrayna)

Следующее видео