Опубликовано:
Müəlliflər: f.ü.f.d. Şəmil Sadiq və detektiv yazıçı Müşfiq XAN Ümidlərin izi ilə (kriminal-detektiv roman) (Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr edilir) 1991-ci il... Sentyabr... Tələbəlik... Hələ ki, dəniz sakit ləpələnir, zəncirini qırmış fırtınalar nəyisə gözləyirdi. Çoxları kimi Ramil də, canı qədər sevdiyi Aytəkin də onları gözləyən bədbəxtlikdən xəbərsiz halda günlər ötüşdükcə bir-birinə daha da bağlanırdılar. 1992-ci il... Fevral... Xocalı... Həmin gün fırtınalar daha tərəddüt etmədi. Sanki bu dəfə də tamam başqa bir fitvaya uyub həmişəlik susmaqdan qorxmuşdular. 2011-ci il... Fevral... Bakı... Deyəsən bütün acılar geridə qalmışdı axı?! Amma yox... İyirmi il müddətində dama-dama yaranan sakitlik gölü yenidən öz təmkinini pozacaqdı. Amma bu dəfə yalnız Ramil üçün. İndi onu da, məxfi şöbənin təcrübəli əməliyyatçısı mayor Qüdrətovu da uzun illərin sakitliyindən sonra yenidən ərşəyə çıxmış təlatümün baxışları altında sirli təhqiqat qarabaqara izləyirdi... Qüdrətov son bir neçə ayda apardığı gərgin təhqiqatın nəticəsi olaraq ermənilər tərəfindən Bakıya göndəriləcək gizli casusun izinə düşsə də, bunu hamıdan gizli saxlayır. Onun fikrincə həmin adamın paytaxta gəlməsi, Aytəkinin Xocalıda girov düşməsi və digər qaranlıq mətləblərin bütün açarları iyirmi il əvvəl baş vermiş bu hadisəyə düyünlənmişdi. İndi onun yeganə məqsədi həmin şəxsi aşkara çıxarıb ifşa etməkdir... E-versiya: http://kitabxana.net/?oper=readBook&id=1379