Опубликовано:
Film İkinci Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində yaşayan insanların qayğılarından, məhəbbətindən bəhs edir.
Filmdə kənd camaatının tarladan qayıtması səhnəsində 500 nəfər iştirak edib.
Rejissor: Rasim Ocaqov
Ssenari müəllifi: İsa Hüseynov
Operator: Teyyub Axundov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Aqşin Əlizadə
Rollarda: Akif Əli (Tapdıq), Mixail Volontir (Cəbrayıl), Məmmədrza Şeyxzamanov (İsfəndiyar kişi), Yusif Vəliyev (Qılınc Qurban), Liya Eliava (Sayalı), Səfurə İbrahimova (İsmət), Xalidə Quliyeva (Milli)
İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 20.03. 1976
Janr: müharibə, dram
Mükafat:
IX Ümumittifaq Kino Festivalı - ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının mükafatı (1976, Frunze - indiki Bişkek / Qırğızıstan)