Video Machine

Tax-Free bütün sərhəd-buraxılış məntəqələrində tətbiq olunacaq

44 144
0
0
02:33

Опубликовано:

Tax-free sisteminin tətbiq olunduğu ötən 3 ay ərzində Azərbaycana gələn 3262 turistə 487 min manat əlavə dəyər vergisi qaytarılıb. İyun ayından tətbiq edilən sistemdən daha çox Yaxın Şərq, Asiya və Avropa ölkələrindən gələn əcnəbilər faydalanıblar. İlkin mərhələdə beynəlxalq hava limanlarında tətbiq edilən tax-free sistemi yaxın vaxtlarda digər sərhəd-buraxılış məntəqələrində də tətbiq olunacaq.

Vergilər Nazirliyinin Baş İdarə Rəisi SAMİRƏ MUSAYEVA: “Cənab prezidentin 4 avqust 2016-ci il müvafiq sərəncamına əsasən, tax free sistemi Azərbaycanda yalnız hava limanlarında deyil, bütün sərhəd buraxılış məntəqələrində tətbiq imkanının yaradılması üçün aidiyyatı normativ hüquqi aktlara dəyişiklik edilməsi və aidiyyatı infrastruktur yaradılması tapşırığı verilib. Hal-hazırda həmin tapşırığın icrası ilə bağlı həm Vergilər Nazirliyi, həm də aidiyyatı dövlət orqanları ilə işlər aparılır. Və qısa müddətdə əcnəbi vətəndaşlar yalnız hava limanlarında deyil, digər sərhəd buraxılış məntəqələrində də tax-free sistemindən yararlana biləcəklər”.

Dünya təcrübəsindən fərqli olaraq, Azərbaycanda tətbiq olunan tax free sistemi elektron qaydada da həyata keçirilir.

“Sistem başdan-sona qədər avtomatlaşdırılıb. Yəni, satıcı ticarət şəbəkəsindən tutmuş, gömrük orqanı və pulu qaytaran bank məntəqəsi vahid elektron informasiya sisteminə qoşulub və faktura başdan-sona izlənə bilir. Fakturanın saxtalaşdılırması mümkün deyil. Turist ölkə ərazisini tərk etdiyi zaman hər hansı uzun müddətli fakturanın eyniləşdirilməsi prosesinə məruz qalmır. Sadəcə olaraq barkod vasitəsilə ştrix kod oxunur və avtomatik sistem eyniləşdirir. Bu baxımdan sistemin real olaraq başdan-sona qədər tam elektron informasiya sistemində idarə olunması onun unikallığını göstərir. Və Azərbaycan məhsulu olaraq da artıq Müəllif Hüquqlarında şəhadətnamə əldə edib”.

Qeyd edək ki, tax-free sistemi Azərbaycanda iyundan etibarən tətbiq olunur. Tax-Free stikerləri olan ticarət obyektindən alış-veriş edən əcnəbilər ödədikləri əlavə dəyər vergisinin məbləğini ölkəni tərk etdikləri zaman hava limanında geri alırlar. Aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara Tax-free tətbiq olunmur. “Tax-free” sistemindən yararlanmaq üçün əcnəbi vətəndaşın elektron vergi hesab-fakturası üzrə aldığı malın dəyəri ƏDV ilə birlikdə 300 manatdan az olmamalıdır. Qeyd edək ki, Azərbaycanda ƏDV 18% təşkil edir.

Следующее видео