Asif Mir

Su alt ndaki minarede EZAN OKUYOR

97 884
0
0
01:49

Опубликовано:

Türkiyədə su anbarının içində qalan, sadəcə minarəsi görünən məsciddə azan verilir. Məlumata görə, Artvin vilaytəti, Borçka rayonuna bağlı Karşıköy kəndi 2005-ci ildə tikintisi başa çatan “Muradlı” su anbarının altında qalıb. Anbara suyun yığılması ilə bütün kənd su altında qalıb və sadəcə kənddə olan çay fabrikinin tüstü bacası ilə kənd məscidinin minarəsi görünür. Minarədən isə namaz vaxtlarında azan sədası yüksəlir. Suyun ortasında qalan minarəni “boynu bükük” qoymaq istəməyən kənd sakinləri və din xadimi suyun içi ilə naqillər çəkərək minarəyə səsgücləndirici sistemin səsucaldanını yerləşdirib. Gecənin qaranlığında və səhər tezdən mərkəzdən oxunsa da din xadimi yaxşı havalarda azanı minarədən vernəyə çalışdığını deyir. Suyun ortasındakı minarədən ucalan azan səsləri isə kəndə gələn qonaqları xeyli təəccübləndirir.
Favorit.az twk..

Следующее видео