Опубликовано:
“Liverpul”un oyununda ətrafa qaranlıq çökdü.
İngiltərə Kubokunun 3-cü turunun təkrar oyununda “Liverpul” “Vulverhempton”la qarşılaşıb.
Matçın ilk saniyələrində maraqlı anlar yaşanıb. Belə ki, “canavarlar”ın hücumçusu Adama Traore rəqib müdafiəsini yararkən arenada işıqlar sönüb.
Futbol oyunlarında olduqca nadir hallarda rast gəlinən hadisə cəmi bir neçə saniyə çəksə də, matça öz damğasını vurub.