Опубликовано:
Spx (YOL) — «İndi Anladım» / 2012 // Yeni Sinql
.MP3 YÜKLƏ: http://bit.ly/spxindianladim
"Unut sənə dediyim bütün sözləri.Sən heç vaxt mənim olmamısan.Uşaqlığımdan yadımda qalan nəsə var idisə sən gələndə onu da unutmuşam.Mən heç vaxt uşaq olmamışam.Tanrını boş ver mənə sonumuzu de.Mən nəyinki ona.Heç özümə də inanmıram.Üsyan etmirəm bu cümlələrlə həyata.Axı mən heç vaxt yaşamamışam.Mən heç vaxt sevməmişəm.Səndə bir yuxu idin oyandım getdin.Əlinə toxunmamışam demək ki.Toxunsaydım indi üşüməzdim.mən hər dəfə cənnətdən qaçanda sən öpüşlərinlə mənə cənnəti hiss etdirdin.Sonra anladım ki cənnət deyə bir şey yoxdu.Çünki dodaqlarını çəkəndə cəhənnəmi hiss edirdim.Deyəsən bir-iki dostum da var.İndi bilmirəm hansı hardadı.Deyəsən ailəm də var.Sonuncu şüşəni bitirəndə anladım.Mən doğulanda sən yox idin.Sənsiz ölsəm nə olar?!Sən də doğulanda da mən yox idim.Mənsiz ölsən nə olar?!Çox vaxt deyil 9 il.Bir göz qırpımında keçir gedir.Şişirtmək lazım deyil həyatdı.Biri gəlir,o birisi gedir..Heç gələnlər də deyil vecimə.Bilirəm ki,gedəcəklər.Olsun həyat belədi.Yaşamaqdan başqa yoxdu çarə.Ya da bir gün intihar edərəm soyuq dodaqlarınla.Həyat oyundu başa düşürəm.Ama sən bu oyunu bərbad etdin.Bacarırsan indi gəl oyna.Hər şeyi boş ver zamandı günahkar, zamanıda anla.Bəlkə də başqa bir gün..Başqa bir məkanda..Başqa bir gün olmayacaq! Olmayacaq başqa bir məkan.Bu axirətdi durdu zaman."