Опубликовано:
Seul, 25 mart (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 25-də Koreya Respublikasına işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısının şərəfinə Seul şəhərinin Gimpo Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevi Koreya Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri qarşıladılar.