Опубликовано:
Yaratmaq istədiyiniz sayt üçün domen adı seçərkən nələri bilməlisiniz:
Domen Adı Sizin Saytınızın Adı Olmalıdır
Siz öyrəndikdə ki, hər bir saytın domen adı eyni zamanda saytın adı deyil çox təəccüblənəcəksiniz.
Saytı domen adı ilə eyni adlandırmaq çox önəmlidir. Bunun da çox asan bir açıqlaması var ki, kimsə sizin saytınızı düşündükdə onun adını düşünəcək. Əgər saytın adı həm də URL (internet ünvanı) olarsa, onlar hansı səhifəni açmaq lazım gəldiyi barəsində uzun-uzadı düşünməyəcəklər.
İndi hər kəs öz saytı və ya biznesinin adına uyğun eyni domen adı almağa çalışır. Çünki bu sizin alıcılarınıza düşünmək və yadda saxlamaq üçün daha asanlıq vəd edir. Heç zaman düşünməyin ki, onlar sizi axtaracaqlarsa, sizin domen adı yaddaşlarında saxlaya bilərlər. Məgər siz öz alıcılarınıza inanırsınız? Bunu etmək lazım deyil. İnanın ki, sizin saytınızın domen adını yadında saxlayacaq tək insanlar sizin rəqibləriniz olacaq.
Əgər bu adı ala bilməsəniz necə? Bu zaman daha çox düşünmək lazım gələcəkdir. Siz tanındığınız brend adında domen satıldığı üçün öz biznesinizi başqa ada dəyişməyə razı olmayacaqsınız. Axı bir brendi yaratmaq uzun zaman və pul tələb edir. Bu zaman “whois” məlumat xidməti ilə domen adının artıq kimə məxsus olduğunu öyrənmək lazımdır. Onunla əlaqə saxlayın, bəlkə də domeni elə satmaq üçün almışdır ki, bu da domenin normal qiymətindən baha olacaq.
Əgər siz biznesə hələ yeni başlayırsınızsa onda yaxşı olar ki, öncə domen adı alasınız və daha sonra saytınıza (biznesinizə) həmin adı qoyasınız. Doğrudur, bu bir işə başlayarkən qaynanadan icazə almağa bənzəyəcək, amma inanın ki, doğurdan da internet marketinqdə uduzmaq istəmirsinizdə bunu etməyinə dəyər.
Görülən İşin/Məhsulun Adı ilə Domen, Yoxsa Brend?
Mən çox insan tanıyıram ki, misal üçün, maşın satırsa düşünür ki, masin.az kimi domen ilə sayt qurmağa başlamaq daha yaxşıdır. Belə ümumi adlara görə daha çox pul xərcləməyinə dəyməz. Axı kimsə maşın almağı düşünürsə artıq onun ağlında hansısa marka olacaq və axtarışda sadəcə masin.az yox, misal üçün mercedes.az, ya da ferrari.az yazacaq.
Buna görə də mən əminliklə deyirəm ki, domen adının brendin adına uyğun olması çox önəmlidir. Heç bir qaranlıq olmadan birbaşa öz adınızla tanınıb-tapılmağınızdan yaxşı heç nə ola bilməz.
Uzun Domen Adı Qısa Adlardan Nə Qədər Uğursuzdur?
Domen adları 67 simvola qədər istənilən uzunluqda ola bilər. Əgər sizin saytın adı LeyliveMecnun.az-dırsa bu zaman LveM.az kimi domen adı heç də yaxşı sayıla bilməz. Ancaq onu da demək lazımdır ki, qısa domen adları ilə bağlı müxtəlif fikirlər var. Bir çoxları deyir ki, qısa adları yazmaq daha az zaman tələb edir, yaxşı yadda qalır və ziyarətçilərin hərif səhvi etmə ehtimalı daha az olur.
Qarşı tərəfin fikrinə görə isə uzun domen adları daha aydın şəkildə olduğuna görə insanın yaddaşında asanlıqla qala bilər. Misal üçün, Google.com Goo.gl qısaltmasından daha yaxşı yaddaşda qalır.
Bu arqumentlərin bir çoxu doğurdan da ağılabatandır. Və anlamlı qısa domen adları almaq zaman keçdikcə daha da çətinləşir. Mən yoxlamadan deyə bilərəm ki, savalan.az və deyirman.az domen adları çox da qısa olmadıqlarına baxmayaraq artıq satılmışdır. Beləliklə, qısa domen adı alarkən belə onun asanlıqla yaddaşda qalacağına əmin olmalıyıq.
Açar sözləri domen adlarında olan URL-lar da çox yaxşı sayıla bilər, çünki bu axtarış motorları ilə axtarış nəticəsində daha yaxşı yerlər vəd edər. Əlavə hərflərin köməyilə domen adlarda daha çox açar sözləri yerləşdirilmiş ola bilər.
Beləliklə, mən hansını seçərdim? Mənim üçün uzun domen adları problem deyil, əsas odur ki, yaddaşda qalan olsun və yazmaq çox asan olsun. Domen adı yazarkən ziyarətçi saytın başlığını (tittle) yazar kimi uzun zaman itirməməlidir. Həm də gələcəkdə sayt üçün SEO işləri apardıqda maksimum 7 simvolluq domen adlarının uğurlu olduğunu görəcəyik.
Domen Adlarındakı Orta Xəttlər
Orta xəttlərdən yararlanmaq olarmı? Gəlin öncə yaxşı və pis tərəflərini gözdən keçirək. Beləliklə,
Öncə Çatışmamazlıqları:
URL ünvan yazılarkən “-” işarələri çox asanlıqla unudula bilər.
Saytın internet ünvanını söyləyərkən super-online.az söyləmək daha asan olar, yoxsa superonline.az? Əlbəttə ki, “-” işarələrinin yerini söyləmək daha uzun zaman istəyir və yadda qalmaya bilər.
Əlavə simvollar saytın domen adını daha da uzun edər.
Çatışmamazlıqlardan bu qədər bəsdir.
Üstünlükləri:
Axtarış sistemləri domen adındakı açar sözləri daha asanlıqla oxuya bilər.
Beləliklə, ola bilər ki, sizə gərək olan domenin hələ də alınmamış bənzərini tapa bilərsiniz.
Şəxsən mənə gəldikdə isə mən domen adlarında orta xəttlərdən mümkün qədər uzaq qaçmağa çalışıram. Ancaq bu sizin seçəcəyiniz domenin adlandırılması və durumundan çox asılıdır.
Domendə və sözü, cəm və başqa şəkilçilər
Bir çox hallarda əgər axtardığınız domen adı artıq məşğuldursa, ola bilər ki, domendə “ve” və başqa sözlərdən yararlana bilərsiniz. Eyni zamanda cəm şəkilçisi, ya da başlanğıcda “menim” yazmaqla uyğun domen adları aça bilərsiniz. Lakin bu zaman çox vacibdir ki, saytınızı hər yerdə tam olaraq paylaşasınız. Misal üçün, MenimSaytim.az domenini hər zaman tam və bitişik yazaraq reklam etsəniz yaddaşlara köçürmək olar.
.Com, .Org, .Net, .Az-dan başqa o qədər seçim var ki?!
.Com domenini ala bilməyənlərdən ən çox eşidilən suallardan birincisi isə budur ki, sayt üçün domeni .Az, .Net, .Org və ya başqa hansı zonada almaq daha yaxşıdır? Cavab siz düşündüyünüzdən də asandır.
Əgər sizin saytınız və işiniz yerli toplumlarla sıx bağlıdırsa (misal üçün, yemək çatdırılma xidməti, ev alqı-satqısı və b. yerli bizneslər kimi) bu zaman ölkə domenlərinin seçilməsi lazımdır. Çünki bu zaman insanlar asanlıqla anlayacaqlar ki, bu sayt (və ya bu biznes) birbaşa bu ölkə üçün çalışmaqdadır. Ziyarətçi milli çempionatla maraqlanırsa Football.com yerinə Football.az saytına girməyə üstünlük verər, ya da Pizza.com deyil, birbaşa Pizza.az saytından sifariş verər. Həm də axtarış motorları yerli domenlər üçün daha üstün nəticələr verir.
Əlbəttə gələcək planlarınızda xaricdən də alıcılar cəlb etmək varsa, bu zaman .Com domeni daha əlverişlidir. Birdə ki, axtardığınız domeni .Az zomansından almaq üçün gecikmisinizsə, bu zaman .Com da yaxşı seçimdir.
Hətta .Com zonasındandakı domenlərin daha bir önəmli avantajı var ki, bir çox brauzerlər sufiks yazılmayana qədər ilk olaraq domenin .Com versiyasını açır. Axtardığınız domeni tapa bilmirsinizsə onda .Org, .Net kimi sufikslərdən mövzusuna görə uyğun gələn birini seçmək olar. Doğrudur başqa domen zonaları da var, ancaq onlar axtarış sistemləri tərəfindən çox aşağı qiymətləndirilir.
Sonda isə bu mövzunun ən önəmli nöqtəsinə qayıtmaq istəyirəm: Yeni sayta və ya biznesə başlamadan öncə onun domen adını düşünsəniz uzaqgörənlik etmiş olarsınız.
Davamı: http://www.web.com.az/sayt-ucun-ugurlu-domen-adi-secmeyin-yollari/