Video Machine

Rusiyanın aktivliyi aysberq kimidir

32 495
0
0
03:16

Опубликовано:

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”. Xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. Bildirib ki, hər kəs aysberqin üst tərəfini görür. Amma bunun aşağı tərəfi də var. deyən Elmar Məmmədyarov məsələni açıqlamağın hələ tez olduğunu deyib.

XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV: "Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.

Elmar Məmmədyarov bildirib ki, atəşkəsin gücləndirilməsi mühüm məsələdir. Rəsmi Bakı da hesab edir ki, müharibə yolu ilə məsələni həll etmək olmaz. Azərbaycan sülh danışıqlarının tərəfdarıdır. Amma bunun nəticə verməsini istəyir.

XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV: "Bu, o demək deyil ki, daha 25 il danışıqlar aparmalıyıq. Biz deyirik ki, hansı yolla olur olsun, amma irəli gedək”.

“Azərbaycan danışıqlardan çıxmayıb və bizə danışıqların nəticəsinin olması lazımdır”. deyən xarici işlər naziri bir neçə gün əvvəl Ermənistanın danışıqlardan çıxması barədə prezident Sarkisyanın, daha sonra isə Ermənistanın danışıqları davam etdirmək niyyətində olduğu barədə xarici işlər nazirinin bəyanatını xatırladıb:

“İndi isə Sarkisyan danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil”. Deyən Elmar Məmmədyarov bəyan edib ki, danışıqlara hansısa şərtlərlə gəlmək olmaz. “İrəvanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir. Proses yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunların işğal olunmuş Azərbaycan ərazilərində olmasıdır. Bu məsələni nə qədər tez həll etsək, o qədər imkan yaranacaq". Sitatın sonu.

Elmar Məmmədyarovun sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində həmsədrlərlə təmaslar davam etdirilir. Növbəti görüşün gələn ayın ortasında Brüsseldə olacağı gözlənilir. Yaxın vaxtlarda bununla bağlı açıqlama veriləcək. Qeyd edək ki, mayın 23-də Brüsseldə "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Следующее видео