Video Machine

Red Bull Flying Bach

173 834
0
0
00:45

Опубликовано:

Klassik musiqi breyk dansla görüşür. 6 və 7 dekabr tarixlərində Heydər Əliyev Mərkəzinin səhnəsində Dünyanın breyk dans Çempionları tərəfindən İohann Sebastiyan Baxın Yaxşı Temperasiya edilmiş Klavirinin rəqsdə əks etdirilməsi.

Facebook: facebook.com/events/664695866961052

2011-ci ildə, Red Bull Flying Bach öz ilk Avropa Turu ilə bütün qitənin tənqidçilərini və tamaşaçılarını heyran etdi. Turun biletləri tamamilə satılmışdı. 2012-ci ildən etibarən heyət bütün dünyada inanılmaz yerlərə sahib oldu. 2015-ci ildə öz sahəsində yeganə olan bu tamaşa bütün dünya tamaşaçılarını ruhlandıracaq və Azərbaycan Bakıda iki şounu keçirtmək şərəfinə layiq görüləcək. Red Bull Flying Bach ölkənin ən iri mədəniyyət binası olan Heydər Əliyev Mərkəzində 6 və 7 dekabr tarixlərində keçiriləcək.
Red Bull Flying Bach klassik musiqini və breyk dansı bir-birinə qatır! Red Bull Uçan Bax ilə breyk dans əfsanələri Flying Steps (Uçan Addımlar) və opera direktoru Christoph Hagel sübut etmişlər ki. Breyk dansla məşhur alman Barokko bəstəkarı İohann Sebastiyan Baxın musiqisi son dərəcə əla vəhdət təşkil edirlər. Onların kreativ çıxışları ciddi musiqi ilə gənclərə xas mədəniyyəti birləşdirək Baxın Yaxşı Temperasiya edilmiş Klavirini əyani şəkildə göstərir və canlandırır.
Notadan-notaya. Addımbaaddım. Piano, klavesin və elektron ritmlərlə. Başgicəlləndirmə, yüksək enerji və heyrətamiz ifa. 70 dəqiqə davam edən vizual görüntü və süjet xətti ilə.

Следующее видео