Django Mango

Ramiz Rövşən - Mən bura özümü görməyə gəldim

973
0
0
02:00

Опубликовано:

Mən bu ağlamalı, mən bu gülməli
dünyaya ağlayıb-gülməyə gəldim.
Bir dünya tapılmaz bundan ölməli,
mən də tamahlanıb ölməyə gəldim.

Hələ bu dünyada izim yoxuydu,
Hər şeyi görürdüm, gözüm yoxuydu,
Hələ ruhum vardı, özüm yoxuydum,
mən bura özümü görməyə gəldim.

Mənə də yer çatar, dünya dar deyil,
Biz balıq deyilik, dünya tor deyil,
“Allah göydən baxır, Allah kor deyil!..”
– sizə bunu xəbər verməyə gəldim.

Şeir: Ramiz Rövşən
Səsləndirir: Kamran M. YuniS
Mus: Emin Sabitoğlu - Əlvida

Следующее видео