Django Mango

Ramazan'da təzə ayı yerdən gözlə görmək şərtdir (“Muhteşem Yüzyıl” serialından fraqment)

55 520
0
0
02:27

Опубликовано:

Ramazan ayının ilk və son günü yeni çıxan ayı yerdən gözlə görmək oruc tutan müsəlmanlar üçün əsas şərtlərdəndir..
Aynəbilim filan program ayın yeniləndiyini göstərdi, ay mənnəbilim əmimoğlu kosmosdan ayı gördü.. Ay mənnəbilim xalamqızı Amerika dağlarından təzə ayı gördü.. Bunlar oruc tutmayan insanların boş-boş bəhanələridir ki, oruc tutan insanları çaşdırmaqla məşğuldular.. Onlar şeytana uymuş insanlardı, siz onlara uymayın.. Onlara desən ki, onda səndə get yeni il bayramıvı Yaponiya vaxtıilə qeyd elə başlayacaqlar yenə özbildikləri elmdən danışmağa.. Yəni belə adamlara baş qoşmayın, onlar düzəməlli adam olsaydılar özləridə oruc tutardılar və oruc tutan insan üçündə fərq eləməz Ramazan ayı 29 gün oldu və ya 30 gün oldu..

Əgər Azərbaycan ərazisində təzə ay - yəni Şəvval ayının təzə ayı görünməyibsə bu o deməkdir ki, Azərbaycanda oruc tutan şəxs üçün Ramazan ayı davam edir..
Ramazan ayı 29 gün adətən 30 gün davam edir. Bu il 2017-ci ildə ölkəmizdə Ramazan ayı 27 may tarixində başlayıb və 25 iyun tarixində (30 gün) yekunlaşır.. Bu o deməkdir ki, 25 iyunda - Ramazan ayının 30-cu günü oruc tutulur axşam ay görünür iftar açmaqla bayram qeyd olunur.. Bununlada yanaşı fitr bayramı qeyd olunur ki, iftar süfrəsində imkanı çatan şəxslər fitr-zəkat (adambaşına 3 kq buğda və ya 3 kq arpa və ya 3 kq düyü və ya bunun müqabilində pul) ayrılır və imkansız insanlara verilir.. İmkansız şəxslər dedikdə həmin şəxslərəki həmin fitrə pulunu alıb haram şeylərə sərf etməyəcəklər.. İmkanı çox olan insanlar fitr zəkatını istəsələr çoxda ayıra bilərlər və qeyd olunan ərzaq məhsullarını və ya onun dəyərində olan pulu bayram namazına kimi həmin imkansız insanlara çatdırmalıdılar..

Bir daha qeyd edirəm, bayram Ramazan ayının "SONUNCU GÜNÜ" səhərdən və ya günortadan etibarən qeyd olunmur, axşam iftarda Ramazan ayı yekunlaşır və bayram başlayır.. Əgər bir gün əvvəl Ramazan ayının 29-cu günü yekunlaşdıqda iftarda və ya iftardan sonra imsaka kimi ay görünməyibsə Ramazan ayının 30-cu günü başlayır və bu gündə oruc tutmaq vacib sayılır. Əgər sübh azanından sonra gün çıxana kimi həmin ölkə ərazisindən ay yenə də görünməzsə bu o deməkdir ki, həmin ölkədə təzə ay axşam iftarda görünəcək və iftara kimi oruc dayanmaq vacibdir.
Qeyd: Ayın Yer ətrafına tam dövrü 30 gündən (orta hesabla 29 sutka 12 saat 44 dəqiqə 29 saniyə) çox ola bilməz. Bu da o deməkdir ki, Ramazan ayı 30 gün davam etmişdirsə növbəti gün oruc tutulmayacaq. Yəni sonrakı gün başqa aya daha dəqiq Şəvval ayının 1-nə təsadüf edəcəkdir.. Bayram namazıda məhs bu gün (1 Şəvval) səhər saatlarında Bayram azanından sonra qılınmalıdır..

Allah oruc və namazlarınızı bütün dualarınızı qəbul etsin, İnşallah!

Следующее видео