Опубликовано:
Qızılbalıqlar yolunu necə tapır
Qızılbalıqlar axar sularda dünyaya gəlir və bir neçə həftə burada ov edərək böyüyürlər. Daha sonra çayın axını istiqamətində irəliləməyə başlayırlar. Dənizə çatdıqda bir neçə il burada yaşayır, kifayət qədər böyüdükdə isə çoxalmaq üçün doğulduqları yerə geri qayıdırlar. Bu məsafə bəzən 1500 km-ə çatır. Bu isə aylarla davam edən çətin bir səyahət deməkdir. Qızılbalıq səyahət zamanı bir çox maneələri aşmalı olur.
Balıq, əvvəlcə, yumurtadan çıxdıqdan bir müddət sonra, ilk səyahəti zamanı axar suyun dənizə töküldüyü yeri tapmalıdır. Çünki qayıdarkən bu marşruta əsasən yolunu təyin edir.
Bundan sonra isə axar suda axına qarşı üzməyə başlayır. Doğulduğu yerə çata bilmək üçün çayın yeni qollara ayrıldığı yerlərdə doğru istiqamətə yönəlməlidir. Qızılbalıq heç bir xətaya yol vermədən hər dəfə doğru çayı tapır. Bəs qızılbalıqlar yolunu necə tapır?
Qızılbalıqlar xüsusi quruluşa sahib olan burunları vasitəsilə sudakı qoxuları, eynilə ov itləri kimi, qaynağına qədər izləyə bilirlər. Hər axının özünəməxsus qoxusu vardır. Cavan qızılbalıq ilk səyahətə başladığı zaman bu qoxuları bir-bir yadda saxlayır, qayıdarkən də hafizəsindəki qoxulardan istifadə edib doğulduğu yerə gəlir.
Qızılbalıqlar balaları üçün fədakarlıq edən canlılardan biridir. Yumurta qoymaq üçün köç edən və doğulduğu yerə çata bilən olduqca az saydakı qızılbalıq yumurta qoyduqdan dərhal sonra ölür. Buna baxmayaraq, heç vaxt səyahətdən geri qalmırlar.
Təkamül nəzəriyyəsi qızılbalıqların bu fədakarlığını heç cür açıqlaya bilmir. Halbuki həqiqət çox açıqdır. Bütün digər canlılar kimi qızılbalıqlar da Allah'ın ilhamı ilə hərəkət edir və Rəbbimizin bənzərsiz yaratmasını nümayiş etdirirlər. Allah “Nəhl” surəsinin bir ayəsində belə buyurur:
Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır… (Nəhl surəsi, 66)