Django Mango

QHT-lərin “QHB”-lərə qarşı mübarizəsi davam edir!

332
0
0
12:14

Опубликовано:

Artıq 5-ci gündür ki, Azərbaycanın qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın yolunda etiraz aksiyası keçirir.
Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Qeyd edək ki, erməni separatçıları dekabrın 10-da Azərbaycan nümayəndələrinin ərazidə monitorinq aparmasına imkan verməmişdilər.

Следующее видео