WEB Dizayn Studiya

Pulsuz Sayt, Yoxsa Ödənişli Hostinqlə Domen Almaq

143 883
0
0
05:04

Опубликовано:

İndi yeni sayt açmaq istəyənlərin sayı artdığı bir zamanda pulsuz domen və hostinq, hətta hazır dizayn təklif edən şirkətlər də az deyil. Bu bloq yazımızda websaytı heç bir ödəniş etmədən açmağın mümkün olduğu halda, domen və hostinq üçün ayrıca ödəniş etməyin nəyə lazım olduğundan yazacağıq. İnternet marketinqlə yeni maraqlananlardan aldığımız ilk suallardan biri də budur:
Pulsuz sayt açmaqla ödənişli saytlar arasında fərq varmı?
Başdan deyim ki, mənim məsləhətim pulsuz sayt açmağı düşünməkdənsə, öz domeninizi alıb minimal ödənişli hostinq xidmətinə qoşmaqdır. Əlbəttə, əgər saytı sadəcə öz əyləncəniz üçün açmırsınızsa.. Saytla bir az oynadıqdan sonra bir kənara atacaqsınızsa, artıq kiçik də olsa xərclərdən kənar qalın. Yəni o zaman tam pulsuz sayt yerinə düşər.
Bəs ilk sınaq saytını açıb, görüləcək işlərlə tanış olmaq və təcrübə toplamaq üçün pulsuz hostinq xidməti daha yaxşı olmazmı? Heç də yox. Öz domeninizi alıb ödənişli hostinqə qoşmağınız üçün bir neçə başlıca səbəb var. Gəlin onları birlikdə gözdən keçirək:
Gördüyünüz bütün işlərin (tanıtmalar, backlinklər, SEO işləri və b.b.) nəticəsini öz domeninizə toplamış olacaqsınız. Sonradan işlətməyə başladığınızda yaşı daha çox olduğu üçün domeniniz yeni domendən daha dəyərli olacaq. Həm də çox uğurlu domen adı seçmiş olsanız, bəlkə də baha qiymətə sata bilərsiniz.
Lap başdan özənişli hostinq xidmətinin nə olduğunu biləcəksiniz. Gec, ya tez, onsuz da saytınız üçün hostinq almalısınız. Təcrübə toplamağa nə qədər tez başlasanız o qədər yaxşı.
Bütün düşündüyünüz yenilikləri ödənişli hostinqdə yerinə yetirmək daha asan olacaq, çünki pulsuz xidmətdə bir sıra qısaltmalar və qadağalar funksiyaların tam işləməsinə imkan verməyəcək.
Ödənişli hostinqdə yerləşdirilmiş saytın tanıdılması və SEO işləri daha asan olacaq. Çünki pulsuz aldığınız domen ikinci səviyyəli olduğuna görə axtarış sistemləri tərəfindən aşağı dəyərləndiriləcək və hətta bir sıra sayt kataloqları sizin saytı qeydiyyata almayacaq.
Əlbəttə, yeni bir domen alıb onu pulsuz hostinqə qoşmaq olar. Ancaq yenə də bunu məsləhət görməzdim, çünki çəkəcəyiniz xərc çox kiçik olacaq. Həm də hostinq xidmətini ilk dəfə qeydiyyatdan keçirdikdə domen adı üçün kiçik də olsa endirim qazanmış olacaqsınız.
İnternet istifadəçilərinin ödənişsiz hostinqdə yerləşdirilmiş saytlara güvəni çox aşağı olur. Doğrudur, pulsuz verilən domenlərdə yaradılmış keyfiyyətli saytlar ola bilər, ancaq bunlar istisna sayılır.
Pulsuz hostinq xidmətlərinin ən böyük pis tərəfi isə odur ki, həmin provayder şirkətləri heç nəyə görə cavabdeh deyil və heç bir zəmanət vermir. Hoster istədiyi zaman xidmət şərtlərini istədiyi kimi dəyişə bilər: sənin saytın bir gün istəyərək, ya da hansısa qəza nəticəsində istəmədən tamamilə pozula bilər. Şirkət buna görə məsuliyyət daşımır və ən yaxşı halda sadəcə üzr istəyə bilər. Beləliklə, pulsuz hostinqdə sənin heç bir haqqın yoxdur, əvəzində isə bir sürü öhdəliklərin var.
Bəs Pulsuz Saytlar Lazımsızdırmı?!
Mənim fikrimcə aşağıdakı 2 hal var ki, heç bir ödəniş etmədən – pulsuz hostinqdə ikinci səviyyəli domenlə sayt yaratmaq olar:
Birincisi — əgər sən saytı özün üçün yaradırsansa, ya da öz tanışlarından başqa heç kimin həmin saytı tapıb oxumasında maraqlı deyilsənsə.
İkincisi isə — əsas saytınızın tanıdılması üçün pulsuz xidmətlərdən yararlanmaq olar. Bu çox halda pulsuz bloq yaratma platformaları olur.
Başqa bütün hallarda məsləhətimiz öz domeninizi alıb kiçik də olsa ödənişli hostinq xidmətinə qoşmaqdır. Bunun üçün hostinq1.com saytında hostinq paketinə illik 33 dollar, seçdiyiniz .com domeninə görə isə illik 7 dollar ödəniş etməli olacaqsınız. Əgər göstərilən xidmətlərin keyfiyyətinə şübhəniz varsa, sadəcə yoxlamaq üçün, heç bir ödəniş etmədən və plastik kartınızın məlumatlarını göndərmədən 30 günlük trial ala bilərsiniz.

Davamı: http://www.web.com.az/pulsuz-sayt-yoxsa-odenisli-hostinqle-domen-almaq/

Следующее видео