Ramin

Prezident İlham Əliyev Salyan rayonunda Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak etmişdir

99 844
0
0
01:55

Опубликовано:

Bakı, 14 mart (AzərTAc). Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunda görülən işlər barədə məlumat verildi. Bildirildi ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü və Yeni Uluxanlı kəndlərinin ərazisindən keçir. Bundan başqa, bu yol daha iki kəndin – Peyk və İkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin yol probleminin həllinə də təsir göstərəcəkdir. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Kürsəngi-Yolüstü yolu Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına təmir edilmişdir.

Следующее видео