Django Mango

Ordumuz seperatçı rejimin rəhbərinin “anasını ağladıb”

12 897
0
0
03:29

Опубликовано:

"Araik Arutunyan ("DQ prezidenti") ordumuz tərəfindən endirilmiş zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanıb".

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Xankəndi ətrafında düşmənin hərbi atəş nöqtələri sıradan çıxarılmışdır:
"Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir.

Mən buradan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir".

- - - - - - -

Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib”, - deyə qeyd olunub.

4 oktyabr 2020

Следующее видео