Опубликовано:
1910-cu ildə Bakıda cərəyan edən hadisələrdə iki gəncin - Sərvər və Gülnazın ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır.
Film Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının motivləri əsasında çəkilib.
Film ilk rəngli bədii Azərbaycan filmidir.
Rejissor: Hüseyn Seyidzadə
Ssenari müəllifi: Sabit Rəhman
Operator: Əlisəttar Atakişiyev
Rəssamlar: Cəbrayıl Əzimov, Nadir Zeynalov
Rollarda: Əliağa Ağayev (Məşədi İbad), Arif Mirzəquliyev (Sərvər), Tamara Gözəlova (Gülnaz), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Barat Şəkinskaya (Sənəm), İsmayıl Əfəndiyev (Həsənqulu bəy),
İstehsalçı: Bakı kinostudiyası
İlk baxış tarixi: 04.06.1957
Janr: musiqili komediya