Опубликовано:
Premyer Liqanın 9-cu turunda "Neftçi” "Qarabağ”ı qəbul edib. "Bakcell Arena"da keçirilən oyunun son dəqiqələrində "ağ-qaralar”ın azarkeşləri "istefa, istefa”, "Çingiz, istefa” və "şura, istefa” şüarlarını səsləndirməyə başlayıblar. Onlar bununla komandanın son oyunlarında uğursuz nəticələr qazanmasına etiraz ediblər.
"Qarabağ”ın ikinci qolundan sonra komandalar arasında insident yaşanıb. Hakimin müdaxiləsindən sonra ara sakitləşib. Bundan sonra "Neftçi”nin bir azarkeşi meydana daxil olaraq, "ağ-qaralar”ın futbolçularına etirazını bildirib. Onu vuran "Neftçi”nin hücumçusu Katalin Tira qırmızı vərəqə alaraq, meydandan qovulub. Polislərin müdaxiləsindən sonra azarkeşi meydandan çıxarmaq mümkün olub.