Django Mango

Nazryn - İlahi

26 145
0
0
03:49

Опубликовано:

Nəzrin Vəlizadə - İlahi

Qərib diyar əlində qaldım
Ruhum azad, amma yaralı, ey yar
Bir qərib diyar əlində qaldım
Ruhum azad, amma yaralı

Mən əcəlin əlində bir faniyəm, bihudə
Sən cisminə aludə
Sən sadəcə bir bəndə
Sənə hakim fələk

Olmalı həyat asudə, həlli özündə,
Amma tərsinədir hərdən
Günah aldı pərakəndə
Bizə hakim Göylər

Yaman röyalarda qeyb oldun
Süni aləmə qərq oldun
Sanki ruhun əsir oldu
Canın sitəm oldu
Qeyri-ixtiyari inansan
Sanki daimi sən varsan
Sanki mən - əbədi insan
Bunu belə zənn et

Mən - İlahiyəm...
Elə zənn et
Mən - İlahiyəm...
Elə zənn et

De, usanma, De, usanma
De, usanma, De, usanma
De, usanma, De, usanma

Mən o qədər hüzurlu bir yerlərə gəldim
Ötən illər hesab verdim
Mane olma, ömür gedir
Mənə yad insanlar

Hər dəfə əmin olub
Gedirəm öz yolumu
Önəmsiz keçmiş zaman
Dəyərli gələn günlər

Qeyri-ixtiyari inansam
Sanki daimi mən varam
Sanki mən - əbədi insan
Bunu belə zənn et

Mən - İlahiyəm!

Следующее видео