Django Mango

Murat Yıldırım “unutmayalım” dedi, Nihat Hatipoğlu sözünü kesti...

502
0
0
01:35

Опубликовано:

İlahiyatçı Nihat Hatipoğlu, "Türkiye Tek Yürek" ortak yayınında "Unutmak da bizim yaptığımız şeylerden bir tanesi, unutmayalım" diyen Yıldırım'ın sözünü kesti, ardından “sesini duymadım” savunması yaptı..

“Türkiye Tek Yürek” İanə kampaniyasında məşhur aktyorun sözü kəsildi
Bu gün 8 kanalın birlikdə yayımladığı ianə proqramı bütün Türkiyə və Azərbaycanın diqqət mərkəzindədir. “Bunu unutmayaq” deyən Murat Yıldırımın sözünü kəsən Nihat Hatipoğlu isə sosial şəbəkələrdə reaksiyaların mərkəzinə çevrilib.

8 kanalın birlikdə yayımlandığı, AFAD və Kızılay üçün yardımların toplandığı proqramda, ekranların tanınmış simalarının da ianə topladığı yayımda Pelin Çift və Nihat Hatipoğlu aparıcılıq edir. Verilişdə maraqlı və çox mübahisəli məqam yaşanıb.

Telefonla yardım toplayan məşhurlara zaman-zaman sözlər verən Hatipoğlu Murat Yıldırımdan da fikirlərini istəyib. Yıldırım “Ölkə olaraq ən yaxşı etdiyimiz işlərdən biri unutmaqdır, unutmayaq” deyincə, Hatipoğlu Murat Yıldırımın sözünü qəfil kəsərək Burak Özçivitə üz tutub.

Bu ani keçidlə yaşadıqlarına təəccüblənən Murat Yıldırımın üz ifadəsi də diqqətdən yayınmayıb.

Следующее видео