Video Machine

Metroda qeyri-adi sərgi keçirilib

33 622
0
0
02:40

Опубликовано:

“O olmasın bu olsun” filmində Sərvərin nazlı-qəmzəli Gülnazla görüşdüyü məqamda operatorla aktyorların dialoqu əks olunan foto, 2007-ci ildə ekranlaşdırılan “Qala” filmində rejissor və operatorun qayğılı baxışlarının rəsmi, “Fəryad” filmində bir qrup əsgər geyimində aktyorların operatorla birgə donuq üz ifadəsinin təsviri -bütün bu şəkillər Bakı Metropoliteninin “Gənclik” stansiyasında “Metro Gallery” layihəsi çərçivəsində sərgidə nümayiş olunur. Bu gün start götürən sərginin adı Azərbaycan kinosudur. Sərgi Dövlət Film Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə reallaşıb.

Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev: "Biz indiyə qədər Nərimanov stansiyasında, həm də Gənclik stansiyasında müxtəlif sosial layihələr həyata keçirmişik. İstər rəsm sərgisi, dünya məşhurlarının, rəssamlarının rəsm əsərləri, uşaqların müdafiəsi günü ilə bağlı fotomüsabiqə. Bu da növbəti sərgimizdir. Azərbaycan kinosu adlanır sərgimiz. Ümumilikdə 92 əsər sərgilənir. Bunlardan 57 ədədi filmdən çəkilmiş kadrlardır, fotolardır, digərləri isə çəkiliş prosesində lentə alınmış foto əsərlərdir".

Layihə kinooperatorların da marağına səbəb olub. Fotolar arasında çəkdikləri filmlərdə yaşadıqları məqamları görən kinooperatorlar deyir ki, bu cür kreativ yanaşma Azərbaycan kinosu incilərini yeni nəslin yaddaşına daha yaxşı həkk edə bilər.

Kinooperator Kənan Məmmədov: "Bu çox gözəl təşəbbüsdür. Metro belə yerdir ki. İnsanların axın etdiyi, gedib gəldiyi yerdir və keçəndə istər istəməz baxacaqlar ki, divarlarda fotolar. Maarifçilik nöqteyi-nəzərindən də çox vacib təşəbbüsdür. Kim bu filmlərə baxıb, onları xatırlayacaq. Kim görməyib. bəlkə gedib axşam youtube vasitəsilə tapıb baxacaq".

Kinooperator Şamil Əliyev: "Bizim “Çölçü” filminin 2011 ci ildə çəkiliş apardığı Goranboy çölündə olan məqamdır. O vaxt 55 dəvə ilə 50 dərəcə istiin altında apardığımız çəkilişlərin məqamıdır"

Paytaxt sakinləri, qonaqlar və sənətsevərlər 6 ay ərzində sərgini izləyə biləcək. Digər belə kreativ sərginin metronun Nərimanov stansiyasında keçirilməsi planlaşdırılır.

Следующее видео