Опубликовано:
Yeni model idman maşınına xas bütün imkanlara malikdir. İlkin məlumata görə, o, 8 silindrli, 6,2 litr həcmli, 517 at gücünə malik mühərriklə təchiz olunub. Maşın saatda 100 kilometr sürəti 4,4 saniyəyə yığır. Onun maksimal sürəti isə saatda 280 kilometrdir.
Yeni "Mercedes"in təqdimatı bu ilin sentyabrına planlaşdırılıb. Onun Almaniyada qiyməti təxminən 100 min avro olacaq.