Xaliq Mustafayev

Masonluğun Fəlsəfəsi. İSLAMİ-NUR.AZ

91 010
0
0
29:49

Опубликовано:

Din

Darvinizm masonluğun əsas fəlsəfəsidir. Çünki Darvinizm masonların dünyada qurmağa çalışdığı dəccal sisteminin çürük bazisini təşkil edir. İnsanları Allah inancından uzaqlaşdırmağı qarşısına məqsəd qoyur, yer üzündəki zülm sisteminin batil və saxta fikri əsasını təşkil edir. Elə bu səbəbdən mason təşkilatlanması təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi üçün ən çox səy göstərən təşkilatdır. “Mason Dergisi” masonların təkamül ideologiyasına nə üçün bağlı olduğunu belə açıqlayır:
“Darvinin təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Tanrının işi olmadığını göstərdi.” (Allahı tənzih edirik)
Masonlar elə bu böyük yalanı dirçəltmək və kütlələrə yaymaq üçün təkamül nəzəriyyəsini elmi nəzəriyyə kimi təqdim etməyə çalışırlar. Lakin masonların ön plana çəkdikləri təkamül nəzəriyyəsi bircə elmi dəlillə belə dəstəklənməmiş, yaradılışı sübut edən 250 milyon fosil və digər elmi tapıntılar qarşısında tamamilə süqut etmiş tarixin ən böyük saxtakarlığı, elm adına ortaya çıxmış ən böyük yalanıdır.
Başqa bir “mason jurnalı” olan “Mimar Sinan”da isə masonluğun Darvinizmə baxışı bu şəkildə izah edilmişdir:
“Bu gün artıq ən sivil ölkələrdən ən geridə qalmışlarına qədər yeganə əsaslı elmi nəzəriyyə Darvinin və onun yolunu davam etdirənlərinkidir.”
Masonlar Darvinizmi elmi nəzəriyyə kimi göstərməyə bunun ən doğru yol olduğunu təlqin etməyə çalışırlar. Çünki Darvinizm masonik hədəflərin qarşısını açan batil düşüncə sistemini yaymaq üçün istifadə olunur. Ona görə masonlar bu nəzəriyyənin təbliğatının aparılmasını da əsas vəzifələrindən biri kimi qəbul edirlər. “Mason Dergisi” sözügedən masonik vəzifəni belə ifadə etmişdir:
“Hamımızın üzərinə düşən ən böyük humanist və masonik vəzifə müsbət elmdən ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, milləti müsbət elmlərlə (Darvinizmlə) yetişdirməkdir.”
Yüksək dərəcəli mason olan Selami Işındağ isə “Masonluqdan esinlenmeler” adlı kitabında masonluğun batil təkamül inancı əsasında insana baxışını bu şəkildə ifadə edir:
“İnsan təkamül baxımından heyvandan fərqli deyil. İnsanın əmələ gəlməsi və təkamülü üçün heyvanların tabe olduqları güclərdən ayrı, xüsusi gücləri yoxdur.”
Dəccal sistemi olan Masonluq insanı təsadüfən əmələ gəlmiş heyvan kimi görən Darvinizmdən bütün hədəflərinə asanlıqla çatmaq üçün istifadə edir. Darvinizm dəccalın bütün batil fikir sistemini bərqərar etmək üçün batil ideologiya kimi masonlar tərəfindən ortaya atılmış, masonlar tərəfindən dəstəklənmiş, elm kimi göstərilmiş və masonlar tərəfindən qorunmuşdur. Hələ də sözügedən dəccal sistemi bu batil ideologiyanı təzyiq, israr, zorakılıq və saxtakarlıq yolu ilə qorumaqda davam edir.

Следующее видео