Опубликовано:
02 fevral 2017-ci il tarixdə Gənclər Evində Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözüylə idarənin baş məsləhətçisi Əli Nurullayev açaraq tədbir iştirakçılarını salamlamış və “Gənclər günü” münasibətilə təbrik etmişdir daha sonra idarənin rəis müavini, idarə tərəfindən görülmüş işlər haqqında geniş məlumat verərək bildirmişdir ki, dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevin düzgün və ardıcıl siyasəti nəticəsində Gənclər siyasəti ölkə səviyyəsində öz dinamik inkişaf dövrünü keçirir.
Respublikanın hər bir bölgəsində olduğu kimi Lənkəranda da gənclərlə iş bu sahənin mühüm prioritet istiqamətlərini müəyyənləşdirən “Gənclər siyasəti haqqında” qanun və digər dövlət proqramları və normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. İdarənin əməkdaşı və “Xan Lənkəran Könüllülər” klubunun rəhbəri Mehman Əliyev öz çıxışında könüllü gənclərin fəaliyyət istiqamətləri və qarşıda duran layihələr barədə məlumat vermişdir.
Sonda rayonda gənclər sahəsi üzrə və rayonun ictimai işlərində fəal iştirakına görə fərqlənən gənclər Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildi.
Operator ve Montaj : Camalbeyli Sehriyar
Bu videonun bütün hüquqları Camalbeyli FİLM tərəfindən qorunur. © 2017