Опубликовано:
23 yanvar axşam saatlarında İsmayıllıda yerli əhalinin bir qismi üsyan edib. Saat 24 radələrində rayon mərkəzində xalq ayağa qalxaraq, İcra başçısı Nizami Ələkbərovun və onun nazir qardaşı Füzuli Ələkbərovun obyektlərini yandırmağa başlayıblar.Xalqın qəzəblənərək, ayağa qalxmasına səbəb nazir Füzuli Ələkbərovun oğlunun İsmayıllı camaatını söyərək, təhqir etməsidir: "Axşam saatlarında nazirin oğlu "Kəpənək" adlanan istirahət mərkəzinə qalxarkən idarə etdiyi "Hammer" markalı maşını ilə yüngül qəza törədib. Günah onda olsa da, nazir oğlu üzr istəmək əvəzinə maşından enərək, oradakı hər kəsi, daha sonra isə ümumi qaydada İsmayıllı camaatını təhqir edib. Nəticədə oradakı ismayıllılar tökülüşərək, nazir oğlunu döyüblər. Daha sonra emosiyalar qızışıb, nazirin oğlunun maşınını yandırıblar.Ən son xəbərlərə görə isə Füzuli Ələkbərova məxsus "Çıraq" oteli tamamilə yandırılıb. 5000 nəfərə yaxın əhali, əksəriyyəti də gənclər olmaqla, icra başçısının yaxınlıqdakı evinə giriblər. Ehtimal olunurki, oranı da yandıracaqlar". Yerli sakinlər bildirir ki, hazırda İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev icra başçısının camaat tərəfindən tutulan evinin həyətindədir. O, insanları dilə tutmağa çalışır ki, evi yandırmasınlar.
kanal13