Irelitv

İRƏLİ www.genocide.az saytını təqdim etdi - 31 Mart 2011

92 607
0
0
01:46

Опубликовано:

31 mart 2011-ci il tarixində saat 14:00-da "İRƏLİ" Gənclik Mərkəzinin Şuşa zalında "31 Mart - Azərbaycanlıların Soyqırımı"nın 93-cü ildönümünə həsr olunmuş tədbirlər silsiləsi həyata keçirilmişdir.
Tədbirdə 50-dən çox gənc, həmçinin müxtəlif media nümayəndələri iştirak etmişlər. Tədbirə 31 mart soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanılmışdır. Daha sonra "İRƏLİ" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış www.genocide.az saytı və www.31mart.wordpress.com bloqunun yenilənmiş versiyasını təqdim etmişdir. Qeyd olunan internet resurslarında dizayn, həmçinin daxili məlumatlar yenilənmişdir.
Sonda tədbir iştirakçıları Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 10 mindən çox beynəlxalq və yerli təşkilatın, KİV-lərin, müxtəlif media resurslarının elektron ünvanına soyqırımla bağlı müxtəlif dillərdə məlumatlar göndərmiş, həmçinin bu məlumatları sosial şəbəkələrdə paylaşmışlar.

Следующее видео