Опубликовано:
Bu videonu hazırlama səbəbim günlər öncə oxuduğum bir xəbər oldu. Xəbərdə bir neçə nüans öz əksini tapmışdı. Ailələrin övladlar üzərindəki nəzarəti, gənc bir qızın dramı, cəmiyyətdəki intihar səbəbləri və s. Xəbər isə evlənmək istəməyən bir qızın məcburən evləndiriləsinə etiraz olaraq, qızın özünü asaraq, öldürməsindən ibarət idi. Günahkarlar isə hər zaman bir mənalı olaraq qarşılanmır. Tək səbəb günahkarın kim olmasına, hər kəsənin öz rakursundan baxmasıdır. Odur ki, həm cəmiyyətin fikrini, həm psixoloqun fikrini, həm də qadın hüquqları ilə məşğul olan bir təşkilat rəhbərinin fikirlərini öyrəndik. Sorğudan görünür ki, hərənin öz fikri var. Bəs görəsən psixoloq bu barədə nə düşünür.Məsələyə qadın hüquqları tərəfdən baxaq. Müsahibimiz Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalovadır.