Video Machine

İmtahanların ödənişli olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək

55 943
0
0
03:11

Опубликовано:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarının ödənişli olması ilə bağlı təkliflə Tarif Şurasına müraciət edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasinin sədri Məleykə Abbaszadə məlumat verib. Bildirib ki, qəbul imtahanlarında bir abituriyentə orta hesabla 25 manat xərclənir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət orqanı olduğu üçün büdcədən maliyyələşdirilirdi, ildə 7 milyon manat vəsaitin 5 milyonu imtahanlara xərclənirdi. Hökümət Dövlət İmtahan Mərkəzini maliyyələşdirməyəcəyi üçün qəbul imtahanlarının ödənişli olması təklif olunur:

"Sifariş verilən imtahanlar hansı imtahanlar olacaq, təbii ki, bu buraxılış imtahanlarıdır, çünki, 11 illik təhsil bizdə ödənişsizdir. Bu dövlət tərəfindən maliyyələşdirilən imtahanlar olacaq. Qalan imtahanlar dövlət maliyyələşirəcək yoxsa yox, biz bunu bilmirik. Biz yalnız hesablamışıq ki, hər bir növ imtahanda nə qədər pul xərcləyirik. Bu imtahanlarda iştirak eymək məcburi deyil. Dövlət bunu ödəməsə bu işi biz aparmalıyıq, ya da ayrı yol yoxdur bu işi biz necə aparacağıq".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası I və IV ixtisas qrupu üzrə cari ilin abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahan respublikanın 11 şəhərində, ümumilikdə 47 binada aparılıb. I qrup üzrə 22044 abituriyent, 3912 abituriyent isə IV qrup üzrə imtahan verib, ümumilikdə, imtahanda 25956 abituriyent iştirak edib. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 2001-ci ildəndir.

Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41965 yer ayrılıb. Bu da ötən ilki göstəricidən 7,21% çoxdur. Builki müsabiqə şərtləri də açıqlanıb. 2016/17-cı tədris ili bütün ixtisas qruplarında ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur:

"Dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb. Ötən il 11714 nəfər olan dövlət sifarişli yerlərin sayı bu il 12221-dir. 11 illik təhsil bazadan orta ixtisas təhsili müəssisələrinə isə bu il 6940 yer ayrılıb. Ötən il bu rəqəm 6133 yer olub. 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13% artıb. Plana əsasən, 48905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək".

Artıq abituriyent jurnalının 4-cü sayı da dərc olunub. Abituryentlər ali məktəblərdə ayrılan yerlər, müsabiqə şərtləri və digər məlumatları bu jurnaldan öyrənə bilərlər. II və III qruplar üzrə qəbul imtahanı iyulun 25-də keçiriləcək. İxtisas seçimi isə qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Следующее видео