Django Mango

imam Mehdi (ə.s) kimdir?

182 236
0
0
30:45

Опубликовано:

12. İmam Mehdi Sahib əz-Zaman

Həzrət Məhdinin (ə) qiyamı mütləq baş verəcək bir işdir və bu barədə heç bir şəkk-şübhə yoxdur.Məşhur sünnü alimlərindən olan Əhməd Hənbəli «Müsnəd» kitabının üçüncü cildinin otuz dördüncü səhifəsində yazır: «Qalə Rəsulullah (s): La təqumussaətu hətta təmtəliyəl ərzu zulmən və udvanən sümmə yəxrucu rəculun min itrəti (Əv min əhli bəyti) yəmləuha qistən və ədlən kəma muliət zulmən və udvanən.» Yəni: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Dünya zülm və haqsızlıqla dolmayınca və ondan sonra mənim nəslimdən olan bir nəfər inqilab edib dünyanı zülm və haqsızlıqla dolduğu kimi ədalətlə doldurmayınca Qiyamət baş verməyəcəkdir. Qısa izah: Mötəbər islami mənbələrə çoxlu sayda daxil olan bu ifadə (ondan çox rəvayət) onu göstərir ki, həzrət Məhdinin (ə) qiyamı mütləq baş verəcək bir işdir və bu barədə heç bir şəkk-şübhə yoxdur. Varlıq aləminin ruhu ədalət əsasındadır və yaradılış ədalətə əsaslanaraq xəlq edilmişdir. Əgər ədalət qüvvəsi səma cisimlərindən götürülsə, onların hamısı bir-birinə qarışar və əgər bu qüvvə (hər şeyi öz yerində yerləşdirmək və hər şeyi ona lazım olduğu qədər vermək – mütərcim) insan bədənindən götürülsə, dərhal müvazinətini itirər və xəstəliyə düçar olar. İnsan cəmiyyəti də bu ədalət qanunauyğunluğundan kənarda qala bilməz. Ona görə də nəhayət, ədalət bu cəmiyyətə hakim olacaqdır ki, yaradılışın hədəfi hasil olsun. Bu ədalət bayrağı da məhz həzrət Məhdinin (ə) ləyaqətli əli ilə qaldırılacaqdır.ONUN ADI PEYĞƏMBƏRİN ADIDIR Termezinin «Səhih» kitabının 9-cu cildinin 74-cü səhifəsində Abdullah ibni Məsuddan belə nəql olunmuşdur: «Qalə Rəsulullah (s): La təzhəbud-dunya hətta yəmlikul ərəbə rəculun min əhli bəyti yuvatiu ismuhu ismi.» «Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Adı mənim adımdan və özü mənim nəslimdən olan bir nəfər ərəb dünyasına (sonra bütün dünyaya) hakim olmayınca dünyanın sonu gəlməyəcəkdir.» Qısa izah: Bu, böyük zühur gününün mütləq olacağını bildirən daha bir təkidli ifadədir. Ancaq onun əvvəlki ilə iki fərqi vardır. Birincisi budur ki, həzrət Məhdinin (ə) proqramı dünya hökuməti təşkil etməkdir. Elə bir hökumət ki, onun sayəsində dünya xalqlarının mədəni səviyyəsini yüksəltmək mümkün olsun və bu yolla da xalqları ictimai ədalətə dəvət etmək asanlaşsın. O, əxlaqi pozğunluğun səbəblərindən biri olan kasıbçılığın kökünü kəsəcəkdir. Zalımların əllərini insan cəmiyyətindən kəsəcək və yaramaz adamları öz mənsəblərindən kənarlaşdıracaqdır. İkincisi isə budur ki, onun adı Peyğəmbərin adıdır (Məhəmməd (s)). O həzrətlərin adının eyni olması zərif bir məsələni xatırladır ki, onların bütün hədəf və məqsədləri də eynidir.FİTNƏ-FƏSAD ATƏŞİNİ SÖNDÜRƏCƏKDİR Hafiz Əbu Nəim özünün həzrət Məhdi (ə) barəsində olan «Qırx hədis» kitabında islam Peyğəmbərindən belə nəql edir: «Qalə Rəsulullah (s): Yəkunu ində inqitain minəz-zəmani və zühurin minəl fitəni, rəculun yuqalu ləhul məhdiyyu, yəkunu ətauhu həniyən.» Yəni: Peyğəmbəri-əkrəm buyurmuşdur: Dünya əhalisinin əli peyğəmbərlər əsrindən üzüləcəyi zaman fitnə-fəsad (pozğunluq, əxlaqsızlıq, zülm, insan qırğınları – mütərcim) bütün yerlərdə aşkar olacaqdır. Belə bir zamanda Məhdi (ə) adında bir nəfər qiyam edəcəkdir. (Fitnələri yatırdar və peyğəmbərlər əsri ilə övliya əsrini birləşdirmək rolunu oynayar). Onun insanlara gətirdiyi bu hədiyyə çox ləzzətlidir. (Çünki bu qiyam hər yeri əhatə edəcək və ədalət şərbəti ilə yoğrulacaq.) Qısa izah: İnsanlar peyğəmbərlərin təlim-tərbiyəsindən nə qədər uzaq olublarsa, zülm, fitnə-fəsad, qalmaqal, müharibə və təcavüzlər bir o qədər də artmışdır. Texnikanın yüksək inkişafına baxmayaraq, insanlar arasında rəhimsizlik, xudbinlik, dünyapərəstlik qat-qat artmışdır. Dağıdıcı vasitələrdən və texniki alətlərdən istifadə edilməklə dünya dəhşətli hadisələrə doğru sürüklənir. Təcavüz və istismara məruz qalmış xalqların vəziyyəti getdikcə pisləşir. Əlbəttə Rəhman və Rəhim olan Allah razı olmaz ki, bu aləm zalımların, insan sifətli şeytanların, qaniçənlərin cövlangahına çevrilsin. Nəhayət, Allah tərəfindən fitnə-fəsad atəşini söndürmək üçün göndərilən Məhdi (ə) adlı bir nəfər ədalətsizliyə son qoymaq, əmin-amanlıq, asayiş və nizam-intizam yaratmaq üçün qiyam edəcəkdir. HƏR YER ALLAH NURUNA BOYANACAQDIR Şeyx Süleyman Qunduzi özünün «Yənabiul məvəddə» kitabının 423-cü səhifəsində Əmirəl-möminin Əli (ə)-dan belə yazır: «Vəlləzi nəfsi biyədihi la təbqa qəryətun (ində zuhurihi) illa nudiyə fiha bişəhadəti la ilahə illəllahu və ənnə muhəmmədən rəsulullahi bukrətən və əşiyyən.» Yəni: «Canım Onun əlində olduğu kəsə and olsun ki, onun zühuru vaxtında bütün şəhərlərdən, abadlıqlardan yüksək səslə: «La ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah» sədası ucalacaqdır.» Qısa izah: Həmin gün bütün yer üzü tövhid bayrağı altına girəcək və hər yerdə islam qayda-qanunları hökm sürəcəkdir. Ola bilsin ki, həmin vaxtda da yəhudi və xristianlar azlıq şəklində qalmış olsunlar. (La ikrahə fiddin – dini qəbul etməkdə məcburiyyət yoxdur). Hər halda həmin vaxtda hakimiyyət islama məxsus olacaqdır və bütün qulaqlara səhər-axşam tövhiddən, peyğəmbərlərin sonuncusunun peyğəmbərliyi şüarı çatacaqdır. Bəli, dünyada fəsadın əsil təməli olan zalım və batil məktəblər tarix səhnəsindən silinəcək və onun əvəzinə insanların ədalət, bərabərlik, qardaşlıq məktəbi olan tövhid nuru hər yerə yayılacaqdır. HƏZRƏT MƏHDİNİN GENİŞ PLANI Məhəmməd Mövləvi «Fiqhul-əkbər»in 2-ci cildinin 71-ci səhifəsində həzrət Əli (ə)-dan belə nəql edir: «Liyəxrucənnə rəculun min vuldi indəqtirabis-saəti heynə təmutu qulubul mumininə, kəma təmutul əbdanu, lima ləhiqəhum minəz-zurri vəşiddəti!... Və yətəvatərul fitənu vəl məlahimul izamu, və imamətus-sunnətə, və ihyaul bidə, və tərkul əmri bil mərufi vənnəhyi ənil munkəri, fəyuhyil-lahu bil məhdiyyis-sunənəl-ləti qədumitət və yəsurru bi ədlihi və bərəkətihi qulubəl mumininə və tətaləfu iləyhi usəbun minəl əcəmi və qəbailu minəl ərəbi.» Yəni: «Qiyamətə yaxın zamanlarda bədənlər öldüyü kimi möminlərin qəlblərinin də sıxıntı və çətinliklər nəticəsində öldüyü, dəhşətli hadislər baş verdiyi, həqiqət yolçularının sünnətini məhv etdikləri və bidətləri üzə çıxardıqları, əmr be məruf tərk edildiyi, nəhy əz münkər unudulduğu bir zamanda mənim nəslimdən olan bir şəxs qiyam edəcəkdir. Belə bir zamanda Allah-taala həzrət Məhdi (ə) vasitəsilə sünnəti dirildəcəkdir. O, möminlərin qəlbini öz ədalət və bərəkətilə şadlandırar və əcəm ilə ərəb arasında məhəbbət, sülh və səmimiyyət yaradar.» Bu hədis o qədər aydındır ki, izaha ehtiyac yoxdur. ZALIMLARI MƏHV ETMƏSİ Əllamə Süyuti öz kitabında tanınmış səhabə olan Hüzeyfədən nəql edir ki, Allahın peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur: «Qalə Rəsulullah (s): Vəyhə hazihil umməti min mulukin cəbabirətin... Fə iza əradəllahu ənyuidəl islamə əzizən qəsəmə kullə cəbbarin ənidin... Yə huzeyfətu! Lövləm yəbqə minəd-dunya illa yövmun vahidun lətəvələllahu zalikəl yəvmi hətta yəmlikə rəculun min əhli bəyti, təcril məlahimu əla yədəyhi və yuzhirul islamə la yuxlifu vədəhu.» Yəni: «Ədalətsiz və zalım rəhbərlərin əlindən bu ümmətə yazıqlar olsun... Ancaq Allah islamın izzət və şərəfini özünə qaytarmaq istədiyi vaxt bütün kinli zalımları məhv edəcəkdir... Ey Hüzeyfə, əgər dünyanın sonuna bir gün qalmış olsa da, Allah onu o qədər uzadacaqdır ki, nəhayət mənim nəslimdən olan bir nəfər dünyaya hakim olsun. Onun əliylə böyük hadisələr baş verəcəkdir və islam dini bütün yer üzünə yayılacaqdır. Bu iş mütləq baş verəcəkdir.» Qısa izah: Zalımların hökuməti xilaskarın qiyamına şərait yaradır. Çünki bütün dünya xalqları uzun-uzadı təcrübələrdən sonra bu qənaətə gələcəklər ki, insanların öz şəxsi fikirlərinə əsasən qurduqları hökumət nəticədə zalımlara xidmət edəcəkdir. Bəli, insanlar zülm və əziyyətdən yorulub ilahi rəhbər axtaracaqlar. DÜNYA MƏHDİ HÖKUMƏTİNDƏ İmam Sadiq (ə) buyurmuşdur: «İza qaməl qaimu həkəmə bil ədli vərtəfəəl covru fi əyyamihi, və amənət bihis-subulu, və əxrəcətil ərzu bərəkatiha, və ruddə kullu həqqin ila əhlihi... Və həkəmə beynənnasi bihukmi davudə və hukmi muhəməddin fəhinəizin tuzhirul ərzu kunuzəha, və tubdi bərəkatiha və la yəcidur-rəculu yəvməizin movziən lisədəqətihi vəla libirrihi lişumulil ğina cəmiəl mumininə.» Yəni: «O, inqilab və qiyam edən zamanda ədalətlə hökumət edəcək, zülm və sitəm aradan götürüləcəkdir. Onun sayəsində yollarda əmin-amanlıqlar olacaqdır. Yer öz bərəkətlərini üzə çıxaracaq və haqq sahiblərinin haqqı özünə qaytarılacaqdır. O, insanlar arasında Davud peyğəmbər və həzrət Məhəmməd (s) kimi Allah dinini həyata keçirəcəkdir. Yer öz xəzinələrini üzə çıxardacaq və bərəkətlər artacaqdır. Xalqın yaşayış səviyyəsi o qədər yüksələcəkdir ki, kömək etmək üçün kasıb tapa bilməyəcəklər.» Qısa izah: İqtisadi çətinlik bəşəriyyətin ən böyük bəlası və bütün dövrlərdə fitnə-fəsadların əsas səbəbi hesab edilir. Bu problemin əsas səbəbi isə mədəni gerilikdir. İnsanların əqidə və mədəniyyəti güclənməsə maddi cəhətdən varlı olmaq mümkün deyildir. O, insanları elə yetişdirəcəkdir ki, dünyanın heç bir yerində məhrumiyyət tapılmayacaqdır. ELM VƏ MƏDƏNİYYƏTİN FÖVQƏLADƏ İNKİŞAFI İmam Baqir (ə) buyurmuşdur: «İza qamə qaimuna vəzəəllahu yədəhu əla rüusil ibadi fəcəməə biha üquləhum vəkəmulət biha əhlamuhum.» Yəni: «Bizim inqilabçımız olan Məhdi qiyam edən dövrdə Allah-taala öz qüdrət əlini bəndələrinin başı üzərinə qoyar və onların ağıllarını cəmləyib, fikirlərini kamilləşdirər.» Qısa izah: Heç bir düzgün inqilabi proqram elmi və fikri sıçrayış olmadan inkişaf edə bilməz və öz hədəfinə çatmaqda müvəffəqiyyət qazana bilməz. Buna görə də şübhəsiz ki, Ali-Məhəmməd (s) inqilabçısının bu işdə birinci addımı insanların fikrində elmi cəhətdən inqilab yaratmaqla başlayacaq və insanların düşüncə səviyyəsini hərtərəfli inkişaf etdirəcəkdir. Bu elmi inkişafın sayəsində cəmiyyət maddi cəhətdən abad, azad və sağlam olmalı, digər tərəfdən də imanlı bir yaşayış tərzi ilə tanış edilməlidirlər. Ümumdünya hökumətin yaradılması üçün yüksək və açıq fikirli, səbirli və uzaqgörən insanlar lazımdır ki, böyük ictimai problemləri həll etsin və quru təəssübkeşlik, ziddiyyətlər, aşağı səviyyəli düşüncəliliyi məhv edib sülh və səmimiyyət dolu bir dünya qursunlar. RABİTƏ VASİTƏLƏRİNİN FÖVQƏLADƏ İNKİŞAFIİmam Sadiq (ə) buyurmuşdur: «İnnə qaiməna iza qamə məddəllahu lişiətina fi əsmaihim və əbsarihim hətta la yəkunə beynəhum və beynəl qaimi bəridu, yukəllimuhum fəyəsməunə, vəyənzurunə iləyhi və huvə fi məkanihi.» Yəni: «Bizim qiyamçımız qiyam edən zamanda Allah-taala davamçılarımızın göz və qulaqlarına elə güc verəcəkdir ki, onlarla rəhbərləri arasında məktub aparıb gətirməyə ehtiyac olmayacaqdır. O, öz yerləşdiyi yerdən danışar, hamı onun səsini eşidər və özünü də görərlər.» Qısa izah: Bütün dünyaya nəzarət etmək istəyən ümumdünya hökuməti üçün inkişaf etmiş rabitə sistemi lazımdır. Əgər bu cür olmazsa, bütün dünyanı əhatə edə biləcək bir hökumətin təşkil edilməsi çox çətin iş olar. Elə bir vasitə lazımdır ki, onun sayəsində dünya ovucun içi kimi görünsün, mərkəzi hökumət vəziyyətə tam surətdə nəzarət etmək imkanı əldə etsin və onlar da vaxt itirmədən çətinlikləri həll edib hər cür fitnə-fəsadın qarşısını alsınlar. Məhdinin (ə) qiyamında belə bir vasitələri Allah-taala onun ixtiyarında qoyacaqdır.BÜTÜN DÜNYAYA NƏZARƏT EDƏCƏKDİR İmam Cəfər Sadiq (ə) buyurmuşdur: «İnnəhu iza ənahətil ümuru ila sahibi hazəl əmri rəfəəllahu təbarəkə və təala ləhu kullə munxəfəzin minəl ərzi, və xəfəzə ləhu kullə murtəfəin hətta təkunud-dunya indəhu bimənziləti rahətihi, fəəyyukum lövkanət fi rahətihi şərətu ləm yubsirha.» Yəni: «Elə ki, işlər vilayətin əsil sahibi olan Məhdinin (ə) əlinə keçdi, Allah-taala yerin hər tərəfini ona ovucunun içi kimi göstərəcəkdir. Ola bilərmi ki, sizin ovucunuzda bir tük olmuş olsun, ancaq siz onu görməyəsiniz?!» Qısa izah: Əvvəlki hədisdə də qeyd edildi ki, dünyada məhrum, zülmə məruz qalmış təbəqələrə himayədarlıq etmək istəyən və ədalətə zamin olan ümumdünya hökumətinin dəqiq və güclü məlumat mənbəyi olmalıdır ki, bütün yer kürəsinə nəzarət edə bilsin. Əks halda həmin dövlət müvəffəqiyyət qazana bilməyəcəkdir. Allah-taala bu imkanları intizarı çəkilən Məhdi (ə) hökumətinin ixtiyarına tapşıracaqdır. Bir məsələ də aydındır ki,gərək bu məlumat və rabitə qüvvəsinin tərəqqisi ilə yanaşı cəmiyyətin digər sahələrində də güclü inkişaflar həyata keçirilsin.ONUN HÖKUMƏTİ DÜNYANIN BÜTÜN ŞƏRQ VƏ QƏRBİNİ ƏHATƏ EDƏCƏK VƏ VİRANƏLİKLƏRİ ABADLAŞDIRACAQDIRBaşqa bir hədisdə belə buyurulur: «İnnəhu yəbluğu sultanuhul məşriqə vəl məğribə və təzhəru ləhul kunuzu vəla yəbqa fil ərzi xərabun illa yuəmmiruhu.» Yəni: «Onun dövləti dünyanın bütün yerlərini tutacaqdır. Yerdə olan təbii sərvətlər onun üçün üzə çıxacaq və o bütün dağıntıları, viran olmuş yerləri abad edəcəkdir.» Qısa izah: Bəşəriyyətin bir çox problemləri müharibələr, ixtilaf və çəkişmələr nəticəsində meydana çıxır. Bunun da səbəbi ölkələr arasında yaradılmış şərti sərhədlər və inzibati ərazi bölgüləridir. Yer üzünü parça-parça edib, Allahın rəngsiz-nişanəsiz torpağını yüz rəngə boyayıblar. Digər bir tərəfdən də yer üzünün xarabalığa çevrilməsinin səbəbi təkcə maddi imkanların yetərincə olmaması deyildir. İnsanların yer üzünü viran etmələri insani və maddi imkanların zalım dövlətlərin nəfsani ehtirasları yolunda əbəs yerə sərf edilməsi və çəkişmələri nəticəsində yaranmışdır. O, sərhədləri birləşdirəcək, dünyanı bir dövlət şəklinə salacaq və bütün imkanlardan istifadə etməklə hər yeri abadlığa çevirəcəkdir. ÜMUMDÜNYA DÖVLƏTİNİ HANSI ÜSULLA İDARƏ EDƏCƏKDİR? İmam Sadiq (ə)-ın dostlarından biri sual verdi ki, Məhdi (ə) dövləti idarə etməkdə hansı üsullardan istifadə edəcəkdir? O həzrət buyurdu: «Yəsnəu ma sənəə rəsulullahi yəhdimu ma kanə qəbləhu, kəma hədəmə rəsulullahi əmrəl cahiliyyəti, vəyəstəniful islamə cədidən.» Yəni: «O, elə Allah Peyğəmbərinin (s) etdiyi işləri edəcəkdir. Allah rəsulu kimi keçmişlərin xurafat, düzgün olmayan qayda-qanunlarını məhv edəcəkdir. Necə ki, Peyğəmbərimiz həzrət Məhəmməd (s) islamdan əvvəlki cahiliyyət dövrünün qayda-qanunlarını məhv etdi və islamı yenidən qurdu. (Şəriət qanunlarına qarışmış mövhumat və xurafatları əsil islam qanunlarından təmizləyəcək.)» Qısa izah: İlahi ayinlər başlanğıcda saf və pak olur. Ancaq zaman keçdikcə cahillərin alçaq fikirləri, bədxahların çirkin əməlləri və qafillərin şəxsi zövqlərinin nəticəsində elə dəyişilir ki, öz təravət və paklığını tamamilə əldən verir. Tövhid şirk növləri ilə qarışır, qurucu fikirlər fırıldaqçıların yalanları ilə dəyişilir, Allahın insan yetişdirən qanunları dini və qeyri-dini istəklərə qurban verilir və öz orjinallığını əldən verir. Allahın höccəti həzrəts Sahibəz-zaman imam Məhdi (ə) bütün bu çatışmamazlıqlara son qoyar və islamı bu çirkinliklərdən təmizləyib ona təzə bir həyat bəxş edər. İmam Zaman (ə)-ın özünün və ariflərin sifariş etdiyi bu məşhur dua imam (ə) qeybdə olarkən, zühurun tezləşməsi üçün oxunur: Bu dua «İlahi əzuməl bəla» (İlahi bəlalar böyüdü) adı ilə məşhurdur. Müsəlmanların bir vəzifəsi də bəşəriyyətin xilaskarı olan bir şəxsin gəlişi üçün Allaha dua etməkdir. Yaxşı olar ki, bu mübarək dua hər namazdan sonra oxunsun. Hədislərdə də bildirilmişdir ki, zühurun tezləşməsi üçün dua edin, çünki bu sizin qurtuluşunuzdur – mütərcim. Əllahummə əzuməl bəlau və bərihəl xəfau, vənkəşəfəl ğitau vənqətəərrəcu və zaqətil ərzu və muniətissəmau və iləykə ya rəbbil muştəka və ələykəl muəvvəlu fişşiddəti vərrəxa. Əllahummə səlli əla Muhəmmədin və alih. Əlləzinə fərəztə ələyna taətəhum, fə ərrəftəna bizalikə mənzilətəhum, fə fərric ənna bihəqqihim fərəcən acilən, qəribən kələmhil bəsəri əvhuvə əqrəbu min zalikə. Ya Muhəmmədu, ya Əliyyu, ya Əliyyu ya Muhəmməd. Unsurani fə innəkuma nasirayə vəkfiyani fə innəkuma kafiyayə Ya movlayə, ya sahibəz-zəman! Əlğous, əlğous, əlğous Ədrikni, ədrikni, ədrikni. Yəni: «İlahi bəlalar böyüdü, gizlilər aşkar oldu, işlərin üstündən pərdələr çəkildi, yer bizə dar oldu və səma öz rəhmət yağışını, mərhəmətini bizdən əsirgədi. Şikayətimiz Sənədir və Sən hər bir çətinlik və asanlıqda bizim güvənc yerimizsən. İlahi, Məhəmməd və onun övladlarına bizdən salam yetir. Bizim salamımızı o kəslərə çatdır ki, onlara itaət etməyi bizə vacib etmisən və bu vacib etməklə onların kim olduqlarını bizə tanıtdırmısan. Onların Sənin yanında olan hörmətinə xatir zühuru tezləşdir, yaxşılaşdır, bir göz qırpımınca bu işin həyata keçməsini tezləşdir, hətta bu işi ondan da tez həyata keçir. Ya Məhəmməd, ya Əli, ya Əli, ya Məhəmməd, sizlər mənə kömək edin, həqiqətən siz mənim kömək yerimsiz, siz mənə bəs edin, həqiqətən də siz mənə kifayətsiniz. Ya mövla, ya Sahibəz-zaman, fəryada yetiş, fəryada yetiş, fəryada yetiş, köməyimə çat, köməyimə çat, köməyimə çat.» «İlahi, sən çətinlikləri, müsibətləri aradan götürənsən. Mən yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır. Sən dünya və axirətin Rəbbisən. Onda sınaqlara çəkilən, bəlalara düçar olan həqir bəndənin fəryadına çat. Ey fəryad edənlərin dadına çatan! Bu bəndənə öz ağasını göstər, ey qüvvəsi şiddətli olan! O, həzrətin səbəbi ilə bəndəndən qəm-qüssəni yu, kədəri aparıb, ürək yanğısını sərinləşdir... Ey O kəs ki, hamımız Ona tərəf qayıdacağıq! İlahi! Onun vasitəsilə haqqı bərqərar, batili isə məhv et... Onun itaətində olmaqda, ona qarşı müxalifət etməməkdə bizə yardım et! Namazlarımızı onun xatirinə qəbul olunmuş, günahlarımızı onun xatirinə bağışlanmış, dualarımız onun xatirinə müstəcab olmuş qərar ver, ruzimizi onun xatirinə bol, qəm-qüssəmizi onun xatirinə yuyulmuş, ehtiyacımızı onun xatirinə təmin olunmuş qərar ver. Bizə rəhmət nəzəri ilə bax, belə ki, o rəhmət səbəbiylə Sənin tərəfindən gələn kəraməti kamil surətdə əldə edək. Daha sonra, o rəhməti öz ehsanınla bizdən başqa tərəfə çevirmə (bizdən alma). Ey rəhm edənlərin ən rəhimlisi!» Amin ya Rəbbəl aləmin!


Следующее видео