Thewolf

İcra başçısı bələdiyyə sədrinə uzunqulaq dedi

64 787
0
0
03:06

Опубликовано:

Bu gün Qusar rayonunun icra başçısı rayonun Hil kəndində sakinlərlə açıq qəbul keçirib. "Qafqazinfo" xəbər verir ki, rayon İcra Hakimiyyəti başçısının iştirak etdiyi görüşlərdə kəndin hazırkı problemləri və bu sahədə görüləcək işlər müzakirə edilib.



Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, rayonun bütün kəndlərinin sosial-iqtisadi inkişafın dinamik şəkil alması üçün mühüm tədbirlər görülür. Belə bir görüşün keçirilməsində əsas məqsəd mövcud problemləri öyrənmək və onların aradan qaldırılması üçün lazımi addımlar atmaqdır.



Çıxış edən kənd sakinləri prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların hər yerdə, o cümlədən Qusarda da uğurla davam etdirilməsini vurğulayıblar. Qeyd edilib ki, Hil kəndində öz həllini gözləyən problemlər mövcuddur. Kəndin əsas problemlərindən biri içməli su ilə bağlıdır. Artıq uzun illərdir ki, bu problem öz həllini gözləyir. İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, icra hakimiyyəti hökumət qarşısında bu məsələnin həlli üçün gələn ilin proqramına salınmasını xahiş edib.



Sadalanan problemlər sırasında kənddaxili yollarının bərpası ön plana çəkilib. Vurğulanıb ki, aidiyyəti orqanlar tərəfindən qeyd edilən bütün problemlərin aradan qaldırılması üçün sistemli və əhatəli tədbirlər həyata keçiriləcək. Yığıncaqda həmçinin kənd sakinlərinin müraciətləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib. Mövcud problemlərlə bağlı Qusar icra başçısı Şair Alxasov Hil Kənd bələdiyyə sədrini sosial problemlərlə bağlı tribunaya dəvət edib. Çıxışı zamanı bələdiyyə sədri kəndə yeni yol çəkildiyini bildirib. Bu zaman icra başçısı əhalidən soruşub: "Bələdiyyə yol çəkibmi?". Görüşə gələn sakinlər bir yerdən "Yox" cavabı veriblər və bələdiyyə sədri çıxılmaz vəziyyətə düşüb.



İcra başçısı isə bələdiyyə sədrini ələ salıb, onun qulaqlarının uzandığını deyib. Bu isə sakinlərin gülüşünə səbəb olub.

Следующее видео