Опубликовано:
Hər şey Big Bang ilə başladı. Bilinməyən bir anda böyük partlayış baş verdi. Böyük partlayışdan sonra atomlar, maddələr mövcud oldu. Bu zaman kainat genişləndikcə müxtəlif göy cisimləri əmələ gəlirdi. “Big Bang” nəticəsində yaranan kainat, partlayışın ilkin mərhələlərində sürətlə genişlənməyə başlamışdı. Amma sonradan kainatın genişlənmə sürəti get-gedə azalmağa başladı. Hal-hazırda kainatın genişlənmə prosesi davam edir. Ancaq bu genişlənmə sonsuza qədər davam etmiyəcək. Çünki bir gün kainat özünə yığılacaq və məhv olacaq. Hər bir şeyin başlanğıcı olduğu kimi, sonuda var. Kainatın başlanğıcı “Big Bang” nəticəsində başladı, sonu isə ya özünə yığılaraq, ya da qara dəliyin vasitəsi ilə məhv olma prosesi baş tutacaq. Qara dəlik, kainat hər şeyi məhv etmək gücünə malikdir. Qara dəliyin yaranma səbəbi kainatda mövcud olan maddələrdir. Müxtəlif maddələrin bir araya toplanması ilə yaranan qara dəlik, kainatda olan hər şeyi özünə çəkə bilmək gücünə malik olan, hər şeyin sonunu gətirə biləcək bir vasitədir. Və bir gün hər şey yox olub gedəcək. Baxdığıvız göylər olmayacaq, ulduzlar bircə-bircə sönəcək kainat məhv olacaq.
Kainat, insan beynində çoxlu suallar yaradacaq bir sahədir. Suallardan biridə bu olacaq ki, “Big Bang” necə partladı? Hər bir cismin tərpənməsi üçün ona təkan verici bir qüvvə olmalıdır. Deməli, burdan belə bir nəticə çıxartmaq olar ki, “Big Bang”-i təşkil edən bir qüvvə mütləq mövcud olub. Həmin qüvvəyədə biz insanlar Tanrı, Allah, Yaradan və başqa adlar deyə bilərik. İnsan beynini yandıra biləcək növbəti sual isə, həmin qüvvə haradadır? sualı olacaq. Kainatın yaranmasına təkan verən qüvvə ya səmadadır, ya da yer kürəsi yarandıqdan sonra insan simasında yerdədir. Bəzən dəqiq cavab tapmaqda çətinlik çəkirik. Bu sualın cavabıda hələ dəqiq deyil. Ehtimal hər zaman olduğu kimi, kainat ilə bağlı tapılan bəzi cavablar da ehtimal dərəcəsinə malikdirlər...