Опубликовано:
Bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan bəhs edən filmin mərkəzində özbək qızı Lala ilə azərbaycanlı Kamilin saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır.
Rejissor: Tofiq Tağızadə
Ssenari müəllifləri: Ədhəm Qulubəyov, Nina Mustafayeva
Operatorlar: Teyyub Axundov, Cavanşir Məmmədov
Rəssamlar: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev
Bəstəkar: Tofiq Quliyev
Rollarda: Arif Mirzəquliyev (Kamil), Nelli Ataullayeva (Lalə), Leyla Bədirbəyli (Bilqeyis), Həsənağa Salayev (Musa), Münəvvər Kələntərli (Münəvvər), Əliağa Ağayev (Şıxəli), Ağahüseyn Cavadov (Əbülfəz), Barat Şəkinskaya (Şövkət), Sona Aslanova (Firəngiz)
İstehsalçı: Bakı kinostudiyası
İlk baxış tarixi: 03.02.1956
Janr: komediya