Опубликовано:
ANS ÇM radiosunun DJləri və ANS TVnin aparıcıları Cavid Osmanov və Valid Əliyev 1918ci ildə ölkəmizi daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun və Müsəlman Korpusunun keçdiyi yolu keçiblər. İctimai və öz şəxsi nəqliyyatdan istifadə etmədən, yalnız avtostopla! Bu yol macərasında onlar hansı sürprizlərlə rastlaşacaqlar? Bu cür şərtlə tarixi səyahətə çıxan Valid və Cavid Bakıya çata biləcəkmi? Həyatlarında ilk dəfə əllərinə kamera götürən aparıcıların bu missiyanın əsas və yadda qalan məqamlarını izləyin!