Qısa Qısa

Əllərimizdəki Mükəmməl Yaradılış

81 292
0
0
01:54

Опубликовано:

www.facebook.com/qisaqisapage/

Çayı qarışdırmaq, kitabın səhifələrini çevirmək, yazı yazmaq kimi adi hesab etdiyimiz əməliyyatları həyata keçirən əllərimiz, əslində, mükəmməl mühəndislik möcüzəsidir.
Əlin ən mühüm xüsusiyyəti standart quruluşa sahib olduğu halda, bir-birindən tamamilə fərqli funksiyaları effektiv şəkildə yerinə yetirməsidir. Çoxlu sayda əzələ və sinirin mövcud olduğu qollarımız ehtiyaca uyğun olaraq əllərimizin əşyaları güclü, yaxud da zəif tutmasını təmin edirlər.
Məsələn, insan əli yumruq sıxmamış vəziyyətdə belə 45 kiloqram qüvvə ilə zərbə endirə bilir; lakin, həmçinin baş barmaqla şəhadət barmağın arasında tutduğu millimetrin onda biri nazikliyində kağızı da hiss edir.
Göründüyü kimi, bu iki əməliyyat bir-birindən tamamilə fərqli xüsusiyyətlərə sahibdir. Biri çox incə əyar tələb edir, digərinə isə böyük qüvvə lazımdır. Amma kağızı götürərkən də, zərbə vurarkən də 1 saniyə belə necə etməli olduğumuzu, bu ikisi arasındakı qüvvə fərqini nizamlamağı düşünmürük. “İndi bir kağız götürəcəyəm, 500 qram qüvvə tətbiq edim, indi isə dolu vedrə qaldıracağam, bunun üçün 40 kiloqram qüvvə tətbiq edim” demirik. Bunlar ağlımıza da gəlmir.
Çünki insan əli bu əməliyyatları eyni anda yerinə yetirəcək şəkildə yaradılmışdır. Allah əli bütün xüsusiyyətləri ilə və ona bağlı quruluşlarla birlikdə yaratmışdır.

Следующее видео