Django Mango

“Desin ki, Azərbaycan xalqından üzr istəyirəm“ - İlham Əliyev

12 131
0
0
02:05

Опубликовано:

"Bəzi hallarda soruşurlar, bəs sizin şərtiniz nədir? Mənim şərtim birdir: çıxsın bizim torpaqlarımızdan. Çıxsın, dayansın qarşıdurma. Amma sözdə yox, əməldə”.

Bu fikirləri prezident İlham Əliyev xalqa müraciətində Ermənistan rəhbərliyinə şərtlərini açıqlayarkən deyib:

"Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Necə ki, baza prinsiplərində bu təsdiq edilib. Mən işğal edilmiş torpaqlardan qoşunlarımı çıxaracam. Necə ki baza prinsiplərində bu təsdiq edilib.

Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm. Və desin ki, Qarabağ Ermənistan deyil.

Sonuncu şərt: qrafik versin. İşğal edilmiş torpaqlardan Ermənistan Silahlı Qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indiki şiddətli döyüşlər getdiyi müddətdə bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda bunun üzərində işləmək olar”.

Следующее видео