Django Mango

“Dərviş” band - “Dünya sənin, dünya mənim”

639
0
0
04:52

Опубликовано:

“Dərviş” band - “Dünya sənin, dünya mənim”
Səs Azərbaycan. Doğma nəğmələr 2023

Bir taleyin oyununda cütlənmiş zərik
Yüz il qoşa atılsaq da qoşa düşmərik
Bir zərrənin işığına milyonlar şərik
Dünya sənin dünya mənim dünya heç kimin

Bu get-gəllər bazarına dəvədi dünya
Bu ömür-gün naxışına həvədi dünya
Əbədiyə qəh-qəh çəkir əbədi dünya
Dünya sənin dünya mənim dünya heç kimin

Çevrəsindən çıxsa əgər sevda fırfıran
Bir ümidin ətəyindən tutub da fırlan
Eşidirsən pıçıldayır yıxılan, duran
Dünya sənin dünya mənim dünya heç kimin

Bu get-gəllər bazarına dəvədi dünya
Bu ömür-gün naxışına həvədi dünya
Əbədiyə qəh-qəh çəkir əbədi dünya
Dünya sənin dünya mənim dünya heç kimin

Məmməd Araz

Следующее видео