Həsən Hacılı

Dakodje - Əsgər

61 786
0
0
02:06

Опубликовано:

Music by Dakodje performing Esger. © 2013, All in Label, A-Team Co., LLC.


Lyrics:
Anam, üzülmə, bu əsgərlik deyil cəhənnəm..
Qardaş, dözümlə keçirəcəm bu günləri..
Kalendar, özüm də, çaşıb qalıram günlər keçmir..
Saatlar donub burda və sadəcə siqaret mənə həmdəm..
Sənin laylayını əvəz edir "Bölük Yat" kəliməsi..
Sənin sığallarını əvəz edir, düşmən gülləsi..
Mənim uşaq səsim artıq yox, bu əsgərin səsi..
Darıxır sizin üçün aldığım hər nəfəsim..
Bu şəffaf qəfəsim, mənim borcumdur əlbət..
Kişilik məktəbi, YOX, çoxu satqındı xəlvət..
Soyuqdu qış burda, amma isidir varlığınız..
Üstümə qışqırış burda, yadımızda uşaqlığımız..
Yeni dostlar var, hər evdən gələn ayrı insanlar..
Üzərimizə təhkimli silahlar, narahat olma mənə görə..
Yəni postlar var, öhdəliyimizdə tapşırıqlar..
Ürəyinizə salmayın əlbət, keçər bu qış burda.. Qayıdacam..

Anam, üzülmə bu əsgərlik deyil cəhənnəm..
Ola bilər komandir, pis olduğumuzu gizlədir..
Mən yaxşıyam, yaxşıyam, darıxıram hərdən..
Mən səngərdə amma ürəyim qalıb, sizlədir..
Qalıram mat, görəndə kimsə ötürür məlumat..
Mən diplomat, amma səs kəsik, əldə avtomat..
Amma təlimat olmaz bunu erməniyə belə işlətmək..
Bəs niyə bu qədər silah sürsat, niyə bu qranat?
Privat, burda ayrıcürdü qanun qayda..
Tet-a-tet yox, ancaq təkləmək ya da olsun dayday..
Padlo var, çətinlik, mən dözürəm sizə görə..
Vecimə deyil, kimin oğlu qulluq çəkirsə sarayda..
Ya harda özü bilər, mən isə özümə cavabdeh..
Ustav, ya toje ustal, amma keçməlidi günlər..
Qayıdacam sevgilim.. Üzülmə səndə canım..
Ürəyinə salma, əlbət keçər bu qış burda... Qayıdacam..

Следующее видео