Опубликовано:
Suriyanın Hələb şəhərində hamilə qadın dağıntılar altında uşaq dünyaya gətirib. Xilasetmə qrupları körpənin sağlam olduğunu, ananın isə dünyasını dəyişdiyini bildirib.
Episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkən Suriyada axtarış-xilasetmə işləri davam edir. Hələb şəhərində davam edən xilasetmə işləri zamanı dağıntılar altında qalan hamilə qadının uşaq dünyaya gətirdiyi bildirilib. Xilasetmə qrupları tərəfindən xilas edilən körpənin sağlam olduğu, dağıntılar altından çıxarılan qadının isə həyatını itirdiyi bildirilib.