Django Mango

Coldplay perform Iranian protest song Baraye in Buenos Aires

8 060
0
0
03:14

Опубликовано:

Coldplay rok qrupu Buenos Ayres-də iranlı mühacir ifaçı Gülşiftə Fərahani ilə birgə İran etirazlarının himni olan Baraye mahnısını ifa edir.
Mahnını Şervin Hacıpur bəstələyib. Sözləri isə insanların sosial şəbəkələrdə ağrı və kədər dolu paylaşımlarından götürülüb..

Çünki küçələrdə rəqs etmək üçün azad olmaq istəyirik
Çünki öpüşmək istədikdə terrora məruz qalırıq
Bacıma, bacına, hamımızın bacılarına görə
Çünki köhnə səfeh ənənələri dağıtmalıyıq
Çünki boş ciblərimizdən utanırıq
Çünki yeganə istəyimiz adi həyatdır
Zibilliklərdə yaşayan uşaqlara və onların puç olmuş arzularına görə
Bu cür idarə olunan iqtisadiyyata görə
Tullantı buludları nəfəs aldığımız havanı çirkləndirdiyinə görə
Vəliəsrə (İranda küçə) və onun qurumuş ağaclarına görə
Çünki Piruz adlandırdığımız bala bəbirin kökü kəsilmək üzrədir
Çünki zərərsiz vəhşi itlər də qanundan kənar elan olunub
Çünki tökdüyümüz göz yaşları faydasızdır
Çünki bu görüntüdəki anları yenidən yaşamaq istəyirik
Gülümsəyən gözəl üzlərə görə
Tələbələrə və onların gələcəyinə görə
Çünki bu cənnətə zorla məcbur edilmişik
Çünki parlaq ulduzlarımız barmaqlıqlar arxasındadır
Qaçqın əfqan uşaqlarına görə
Çünki bu "çünkilər" bitmək bilmər
Boş şüarları təkrar etməyə məcbur olduğumuza görə
Çünki zəif tikilən evlər uçaraq xarabalığa çevrilir
Çünki istədiyimiz başağrısı olmadan yaşamaqdır

Следующее видео