Camalbeyli

Cənub arb həmkarlarının peşə bayramını belə təbrik etdi

50 850
0
0
02:53

Опубликовано:

Bu gün ölkədə fəaliyyət göstərən onlarla telekanal üçün ən əlamətdar tarixlərdən biridir desək yanılmarıq. Çünki 6 noyabr radio və televiziya isçilərinin peşə bayramıdır. Təmsil etdiyi cəmiyyətin güzgüsü sayılan Azərbaycan Televiziyaları və onun işçiləri, bu gün ayrılıqda hər bir tamaşaçısı üçün səylə çalışır, əsl jurnalist vəzifəsini tamlığı ilə yerinə yetirməyi öz vəzifə borcu hesab edir. Elə Azərbaycan teleməkanında özünəməxsus dəsti xətti olan “ARB Media Qrupu” kimi.

Bir toxunuşla efir başladı. Əslində bu qədər sadə görünən prosesin arxasında onlarla həmkarlarımızın zəhməti dayanır.

Bu gün özümüzdən danışmağımız təsadüdi deyil. Ölkədə radio və televiziya işçilərinin peşə bayramı günü qeyd olunur. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. 20-ci əsrin ortalarından başlayaraq bəşəriyyətə öz xidmətlərini göstərən televiziya hər şeydən əvvəl, məlumat vasitəsi, milyonlarla tamaşaçı üçün xəbər qaynağıdır. Ölkə teleməkanında özünün dəsti xətti olan və sosial yönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu proqramları ilə tamaşaçıların böyük rəğbətini qazanan
“ARB Media Qrupu”nun tərkibində 6 regional televeziya mövcuddur. Qrupun digər üzvləri kimi “Cənub arb” televiziyası da ən müasir texniki avadanlıqlar və kadr imkanlarından əhəmiyyətli dərəcədə bəhrələnməklə, işinin öhdəsindən layiqincə gəlir. Elə ona görə də, tələbkar tamaşaçıların böyük bir hissəsi öz evinə hər gün “ARB” Televiziyasını qonaq çağırır.

Teleməkanda uğurlarımızdan biri “ARB Media Qrupu”n tərkibinə daxil olan Cənubi Qafqazın ilk xəbər kanalı olan “ARB 24”, 24 saat ərzində ən son və operativ xəbər buraxılışları yayımlamaqla Azərbaycan Respublikasının ilk xəbər kanalı olaraq fəaliyyət göstərməsidir. “ARB Media Qrupu”n televiziya məkanında digər ilkərindən biri də ölkənin beş regionundan telekörpü vasitəsi ilə eyni anda xəbər təqdim etməsidir. Ən böyük uğurumuz isə “ARB”-nin istehsal etdiyi məhsulları ölkənin 60 rayonu daxil olmaqla 5 milyon Azərbaycan vətəndaşı izləyir.

Müasir media sisteminin ən çevik qolu sayılan televiziyanın missiyası dəyişməzdir. Ekran tamaşaçısına güzgü olaraq ətrafda baş verənlərdən onu agah etməli, və zövqünü formalaşdırmalıdır. Bu işdə bütün həmkarlara ugurlar.

Следующее видео