Django Mango

“Bravo”da silahlı basqın zamanı həlak olan Rüfət Həşimov dəfn edildi

417
0
0
02:16

Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub.
Məlumata əsasən, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.

Rüfət Həşimov 44 günlük Vətən müharibəsinin qazisi idi.

Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Cinayətkar görülən tədbirlərlə zərərsizləşdirilib. Digər cinayətkar isə yaxalanıb.

Следующее видео