Django Mango

“Bravo”da silahlı atışma: Bir nəfəri öldürüb iki nəfəri yaralayıb pulları oğurlayıb qaçdılar (04.02.2023)

488
0
0
00:58

Baş Prokurorluq və DİN “BRAVO”dakı silahlı insidentlə bağlı birgə məlumat yayıb

Bakının Xətai rayonu ərazisində yerləşən "BRAVO" hipermarketində baş verən silahlı insidentlə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb. Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “BRAVO” supermarketlər şəbəkəsi silahlı hücumla bağlı məlumat yayaraq qətlə yetirilən R.Həşimovun ailəsinə başsağlığı verib. İnsidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin qeyd edilib ki, hadisə nəticəsində “BRAVO” müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.

"BRAVO" hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.

4 mart 2023

Следующее видео