Camalbeyli

Bölgəni tanı - Lənkəran

51 428
0
0
01:01

Опубликовано:

Lənkəran — Azərbaycan Respublikasının cənub bölgəsində şəhər. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir.

Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir. Xəzər dənizinin buradakı sahillərində çoxlu rahat qumlu çimərliklər salınmışdır. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Verapvul, Qumbaşı, Boladı çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.
Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir.
Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Əhalinin sayı 193.700 nəfər, Bakıdan məsafsi 268 km-dir.Şəhərin ilkin adı “Ləngərkünan” olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir.
Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış ola bilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranın ətrafındakı memarlıq və tarix abidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır: Yuxarı Nüvədi kəndindəki Əbirlər qülləsi, Şıxakaran kəndindəki Şeyx Zahid qülləsi, Lənkərandan bir qədər qərb tərəfdə isə qədim Balabur qalasının xarabaları qalmışdır. Bu qalanın tikintisində inşaat materiallarının çox maraqlı bir qarışığından – bişmiş qırmızı kərpicdən və çay daşından istifadə edilmişdir. Xalq arasında Boz qala deyilən bu qalada keramikadan hazırlanmış su kəməri boruları hələ də salamat qalmışdır.

Rejissor və montaj - Camalbəyli Şəhriyar

Bu videonun bütün hüquqları Camalbeyli FİLM tərəfindən qorunur. © 2017

Следующее видео