Django Mango

Bir qalanın sirri (1959)

592
0
0
1:19:36

Опубликовано:

Filmdə əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı xalqın mübarizəsindən danışılır. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur gənc usta Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama xoşbəxtlik bəxş edir.

Filmin çəkilişləri Mingəçevir yaxınlığındakı Bozdağın ətəklərində, İsmayıllı, Kəlbəcər, Mərdəkan, Sankt-Peterburq və pavilyonda aparılıb.

Film Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında çəkilib. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.

Rejissor: Əlisəttar Atakişiyev
Ssenari müəllifi: Məmmədhüseyn Təhmasib
Operatorlar: Arif Nərimanbəyov, Mirzə Mustafayev
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Rauf Hacıyev

Rollarda: Gündüz Abbasov (Elşən), Tamara Kokova (Mətanət), Məmmədrza Şeyxzamanov (Həkim Eldostu), Əli Qurbanov (Kamran baba), Andrey Fayt (Göygöz Kosa), Əli Zeynalov (Simnar xan), Ağadadaş Qurbanov (usta), Ağahüseyn Cavadov (falçı)

İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 18.09.1960
Janr: macəra, uşaq filmi

Следующее видео