Опубликовано:
Ain't No Sunshine - Bill Withersin 1971 - ci ildə çıxardığı Just As I Am albomuna daxil olan mahnı. Mahnının prodüsserliyini Booker T. Jones edib.
Mahnının bas səsləri Donald "Duck" Dunn, zərb alətində isə Al Jackson, Jr tərəfindən ifa edilib. Mahnı sinql kimi 1971 - ci ilin sentyabrında satışa çıxarılmış və Withers hitləri arasında ən uğurlularından biri olmuşdur. Belə ki, mahnı U.S. R&B hit paradında altıncı, Billboard Hot 100 hit paradında isə üçüncü yerə qədər yüksələ bilmişdir.
Otuz bir yaşı olanda ilk hiti olan mahnısını yazıb və bu mahnı hit paradlarda debüt edəndə ifaçə hələ də Boing 747 üçün ehtiyyat hissələri istehsal edən zavodda işləyirdi [1]. Əslində o, artıq iyirmi doqquz yaşından mahnılar üçün sözlər və musiilər yazmaq haqqında düşünürdü. Lakin ətrafında olan musiqiçi tanışları, bundan bir şey çıxmayacağını və əsla uğur qazana bilməyəcəyini qeyd edirdilər.
Withersin özünün qeyd etdiyinə görə o, 1962 - ci ildə çəkilən Days of Wine and Roses filmini izlədikdən sonra bu mahnını yazmaq qərarına gəlmişdi [2].
"Ain't No Sunshine" mahnısı ilə birgə, valın gigər üzündə isə başqa bir mahnı - "Harlem" mahnısı satışa çıxarılmışdı. Mahnı həmçinin Rolling Stone jurnalının təqdim etdiyi 500 Greatest Songs of All Time (Bütün zamanların 500 ən böyük hiti) arasında 280 - ci yerdə qərarlaşdırılmışdır[3]. Bundan başqa mahnı 1972 - ci ildə "Ən yaxşı R&B mahnı" kateqoriyasında Grammy mükafatna layiq görülmüşdür[4].
Withersin ifasından sonra mahnı böyük uğur qazanmış və bir çox ifaçılar tərəfindən müxtəlif janrlarda dəfələrlə ifa edilmişdir. Mahnıya müraciət edən ifaçılardan bəziləri aşağıdakılardır.