Ali Daschdamirov

Bank Respublika “Alış-veriş marafonu” aksiyasının qaliblərini müəyyən etdi.

55 590
0
0
01:27

Опубликовано:

Bildiyiniz kimi, 20 dekabrdan – 31 yanvar tarixinədək, Bank Respublika ilə VISA ödəniş sistemi “Alış-veriş marafonuna” start vermişdilər! Bu aksiyanın əsas mükafatı olan Mitsubishi Attrage avtomobili aksiyanın qalibinə təqdim edildi.
Alış-veriş marafonu kampaniyasının şərtlərinə əsasən, qalib olmaq üçün aksiya müddəti ərzində Bank Respublika-nın VISA kartları ilə daha çox alış (tranzaksiyaların sayına görə) etmək tələb olunurdu. Müvafiq olaraq qalib bütün kart sahiblərindən daha çox sayda alış-veriş edən Əhmədova Zinyət Əlizaman qızı kampaniyanın əsas mükafatını (Mitsubishi Attrage avtomobili) qazandı.
Əsas mükafatdan başqa, ilk beşlikdə qərarlaşan qaliblərə aparıcı dünya brendinin son model smartfonları və Bankımızın xüsusi hədiyyələri təqdim olundu.
Bu aksiya Bank Respublika-nın VISA kartları sahibləri tərəfindən rəğbətlə qarşılandı və yaxın müddətdə analoji aksiyaların təkrar keçirilməsi nəzərdə tutulub.
Bank Respublika-nın plastik kartlarını bankın rəsmi internet səhifəsində və istənilən bank filialında sifariş etmək mümkündür.

Следующее видео