Опубликовано:
“Bakı-Pilsen” pivə zavodu “DEKA” şirkətinin subyekti olaraq 2008-ci ildə təməli qoyulmuş və tikintisinə başlanmışdır. 2010-cu ildə istifadəyə verilmiş pivə zavodunun avadanlıqları ČESKÁ PIVOVARSKÁ SPOLEČNOST a.s., B-Kontakte və Linnea Zevos c.r.o. şirkətləri tərəfindən quraşdırılmışdır.
“Bakı-Pilsen” pivəsi, Çexiyanın Plzen şəhərindən gətirilmiş səməni arpası, mayaotu və saflığı ilə tanınmış Azərbaycanın Xızı rayonunun ən yüksək zirvəsi olan “Dübrar” dağından çıxan bulaq suyunun qarışığından, ənənəvi Pilsen texnologiyası əsasında, hazırlanır. Pivə məhsullarının hazırlanmasında Çexiyanın “NovoPaka” pivə zavodunda uzun illər usta işləmiş 30 illik iş təcrübəsinə malik peşəkar Çex pivə ustası çalışır.
Pivənin qıcqırma və tam hazırolma prosesi həkim-mikrobioloqun tam nəzarəti altında həyata keçirilir. Satışa çıxarılan pivə çeşidlərindən nümunələr götürülür və laboratoriya müayinələri aparılır. Bunun üçün zavodun nəzdində müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir. Laboratoriya Mettler Toledo, Hash, Funke Gerber kimi məşhur şirkətlərin avadanlıqları ilə təchiz olunmuşdur.
Məhsulların qablaşdırılması müasir istehsal xətlərində tam avtomatlaşdırılmış qaydada həyata keçirilir. Hazır məhsullar xüsusi temperatur şəraitində saxlanılır və bu da məhsulun uzunmüddətli keyfiyyət davamlığına zəmanət verir.
Hal-hazırda zavodda 3 növ pivə istehsal olunur:
1. “Bakı-Pilsen” Light (açıq) pivəsi
2. “Bakı-Pilsen” Elite (yarımtünd) pivəsi
3. “Bakı-Pilsen” Dark (tünd) pivəsi
Pivə məhsulları satış nöqtələrinə 5, 15, 20, 30 və 50 litr həcmli KEQ çəlləklərdə, 0,33 və 0,5 litr həcmli şüşə butulkalarda çatdırılır.
Məhsullar zavodun nəqliyyat vasitələri ilə operativ olaraq satış nöqtələrinə çatdırılır.
Pivə bişirmə prosesinin maraqlı tərəfi, pivənin bişirilməsi göz qabağında həyata keçirilməsindədir. Bunu görmək üçün Sizə “Bakı-Pilsen” pivə zavodunun nəzdində fəaliyyət göstərən restorana gəlmək kifayət edər.
Ünvan: Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzinin ərazisi.
Tel: (+994 12) 447 66 14
(+994 50) 203 11 22
(+994 50) 766 66 11
(+994 51) 761 66 11
e-mail: